“Bakı dialoqları”nın yeni buraxılışı və saytı təqdim edilib

 

 

ADA UniversitetiBaku Dialogues” (“Bakı dialoqları”) jurnalının yeni nömrəsini və veb-saytını təqdim edib.

 

Jurnalın “İpək Yolu” bölgəsinin geosiyasi əhəmiyyətinə və qlobal arenadakı roluna fokuslanan bu nömrəsində yerlixarici tanınmış mütəxəssislərin məqalə və müsahibəsi yer alıb. Oxucular nəşrdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin amerikalı analitik Zbiqnev Bjezinski barədə yazdığı fikirlərlə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycanın xarici siyasət konsepsiyası ilə bağlı xüsusi müsahibəsi ilə tanış ola biləcəklər.

 

Jurnalda Corctaun Universitetinin professoru Brenda Şafferin, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin baş siyasi analitiki Amanda Paulun və Beynəlxalq Təhlükəsizlik və Strateji Mərkəzin (“TsinghuaUniversiteti) Çin Forumunun baş mütəxəssisi Yu Hongjunun məqalələri də daxil olmaqla ümumilikdə 11 məqalə yer alıb.

 

Baku Dialoguesun yeni təqdim edilən saytı həm də istifadəçilərə ödənişsiz abunəlik və arxiv bölməsində toplanan nəşrləri yükləmə imkanı verir. “Veb-saytın daim yenilənəcək kontentində jurnalda nəşr edilən və tanınmış siyasətçilər, şərhçilər, tədqiqatçılar, alim və analitiklər tərəfindən yazılan məqalələr oxuculara təqdim ediləcək”, - deyə jurnalın baş redaktoru və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

 

“Baku Dialogues” ADA Universitetinin ingilis dilində nəşr edilən rüblük jurnalıdır. Bu ilin sentyabr ayından etibarən jurnalİpək Yolu bölgəsi üzərində siyasi perspektivlərbaşlığı ilə dərc edilir.

 

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.7.