Qafqaz İslam Ordusunun Bakı zəfəri haqqında sənədli film

 

 

Sentyabrın 14-də Azərbaycan Televiziyasında Qafqaz İslam Ordusunun Bakı zəfərinə həsr olunmuş sənədli film təqdim olunub.

 

1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı altında Azərbaycan və Türkiyə (Osmanlı) hərbçilərindən ibarət Qafqaz İslam Ordusu Bakı şəhərini “Sentrokaspi diktaturası” və erməni-daşnak qüvvələrindən azad edib. Bu zəfərdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədən Bakıya köçüb, Bakı Cümhuriyyətin paytaxtı olub.

 

Qafqaz İslam Ordusu” adlı sənədli filmdə arxiv materiallarından, real görüntülərdən də istifadə olunub. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin real görüntüləri də yer alıb.

 

Sənədli filmi AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının Tarix şöbəsi hazırlayıb. Ssenari müəllifi Mahir Qəribov, rejissoru Mehparə Nəcəfova, layihə rəhbəri isə Sərvər Bayramovdur.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.