“Boğulmaq
da olmur, dayazdı dünya”
Kiyevdə Salam Sarvanın kitabının təqdimatı
Ukrayna Milli Ədəbiyyat Muzeyində Azərbaycanın
tanınmış şairi
Salam Sarvanın şeirlər toplusunun təqdimat mərasimi keçirilib.
“Boğulmaq da olmur, dayazdı dünya” («²
ïîòîíóòè
íåìîæëèâî, íåãëèáîêèè̆ öåè̆ ñâ³ò...») adlı
nəşr Azərbaycan
Dövlət Tərcümə
Mərkəzinin layihəsidir.
Kitabın çapı və
təqdimatı Ukrayna
Milli Elmlər Akademiyasının Taras Şevçenko adına
Ədəbiyyat İnstitutunun
və “Sammit-kniqa” nəşriyyatının dəstəyi
ilə həyata keçirilib.
Taras Şevçenko adına
Ədəbiyyat İnstitutunun
direktor müavini, akademik Nikolay Sulıma tədbiri açaraq Ukrayna ilə Azərbaycan arasında zəngin tarixə malik ədəbi əlaqələr
barədə danışıb.
Tədbirin keçirilməsinə dəstək
verən Ukrayna Milli Ədəbiyyat Muzeyinin böyük elmi işçisi Sofiya Fecora çıxışında
Azərbaycan Dövlət
Tərcümə Mərkəzi
ilə əməkdaşlığa
bundan sonra da hazır olduqlarını
bildirib.
Mərasimdə kitabın tərcüməçisi
Lesya Mudrak, layihənin məsul katibi Marina Qonçaruk, Ukrayna Milli Aviasiya
Universitetinin Beynəlxalq
Münasibətlər İnstitutunun
professoru Arif Quliyev, şairlər Dmitri
Çistyak, Sergey Savin,
Yuliya Qupalyuk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Azərbaycan filologiyası
üzrə müəllimi
İrina Dəmirəzən
və başqaları
çıxış ediblər,
kitabdan şeirlər oxunub.
Mədəniyyət.-
2020.- 16 sentyabr.- S.8.