Mağara” abidəsinin ətrafında olan qanunsuz hasarlar sökülüb

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Dübəndi qəsəbəsinin Xəzər sahili ərazisindəki qayaüstü təsvirlər olanMağara” abidəsinə müdaxilənin qarşısı alınıb.

 

Böyük tarixi əhəmiyyətə malik olan abidə bir müddət öncə naməlum şəxslər tərəfindən hasarlanaraq üzərində tikinti işləri aparılmışdı. Hazırda qanunsuz hasarlar sökülüb, abidəyə mühafizə lövhəsi vurulub. Tarixi abidənin ətrafının tam təmizlənməsi istiqamətində işlər aparılır.

 

Qeyd edək ki, e.ə. IV-I minilliyə aid olanMağara” abidəsinə bir neçə dəfə naməlum şəxslər tərəfindən müdaxilə halları baş verib, ərazidə abidənin dövlət tərəfindən qorunması ilə bağlı qoyulan mühafizə lövhələri çıxarılaraq ətrafı hasarlanıb.

 

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.