“Qarabağın səsi”

 

 

İşğal altında olan torpaqlarımızla bağlı vətənpərvər ruhda hazırlanan layihələr sırasına daha biri əlavə olunub.

 

“Qarabağın səsi” adlı musiqili kompozisiya layihəsi Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

 

Layihədə “Çahargah” muğamının “Mayeyi-çahargah”, “Bəstə-Nigar”, “Müxalif”, “Mənsuriyyə”, “Üzzal” şöbələrindən ifa olunub, mahnıda səslənən silah səsləri isə zərb alətlərində ifa edilib. Mahnının sözləri Cəlal Qurbanova, aranjimanı Əməkdar artist Əliağa Sədiyevə məxsusdur. Klipdə Xalq artisti Nurəddin Mehdixanlı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

 

Layihənin ideya müəllifi şair Cəlal Qurbanov, rəhbəri jurnalist Mintac Elsevər, koordinatoru Mehrab Dadaşov, klipin rejissoru Cəlal Kəngərlidir.

 

Mədəniyyət.- 2020.- 16 sentyabr.- S.6.