Afrikalı müğənni ilə “Sarı gəlin” dueti
Ukraynada yaşayan azərbaycanlı
müğənni Vaqif
Nağıyev nigeriyalı
Anyanya Udongvo ilə Azərbaycanın xalq musiqisinin incisi sayılan “Sarı gəlin” mahnısını duet oxuyub.
Duet ifanın təşəbbüskarı
afrikalı müğənni
olub. Mahnı seçimini isə
Vaqif Nağıyev edib. Məqsəd “Sarı gəlin”
xalq mahnısını
dünya xalqlarına Azərbaycan musiqisi kimi təbliğ etməkdir. Mahnının videoklipində isə
rəqqasə Oksana Rəsulovanın ifası yer alıb.
Vaqif Nağıyev
Bakıda doğulub. İlk dəfə
üç yaşında
olarkən bəstəkar
Oqtay Zülfüqarovun
yaratdığı uşaq
ansamblının tərkibində
Heydər Əliyev Sarayının səhnəsində
çıxış edib.
2014-cü ildə Ukraynanın “1+1” kanalında
yayımlanan “Ölkənin
səsi-4” televiziya vokal
şousunda (dünyaca
məşhur “Səs”
layihəsinin Ukrayna versiyası) iştirak edib. Müsabiqədən sonra müğənni
italiyalı həmkarı
İnqridlə “Drops of Hope” (“Ümid yağışı”)
müəllif mahnısını
yazdırıb.
Mədəniyyət.- 2020.- 16
sentyabr.- S.8.