Jurnalist etikası pandemiyanın mediada işıqlandırılması

 

 

Mətbuat Şurası Avropa Şurasının Bakı ofisi birgə təlim təşkil edib

 

Azərbaycan Mətbuat Şurası Avropa Şurasının Bakı ofisinin birgə təşkilatçılığı iləJurnalist etikası pandemiyanın mediada işıqlandırılmasımövzusunda onlayn təlim keçirilib.

 

Tədbirin açılışında çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Hernyeş bildirib ki, koronavirus pandemiyası cəmiyyətin mühüm institutlarından sayılan mediaya da öz təsirini göstərib. Pandemiya şəraiti media üçün yenilikdir bu şərait peşə etikasına həssas yanaşılmasını zəruri edir. Avropa Şurasının Bakı ofisi bunu nəzərə alaraq belə bir təlimin təşkilini vacib sayıb.

 

Z.Hernyeş onu da bildirib ki, Avropa Şurasının Bakı ofisi medianın ən müxtəlif məsələləri ilə bağlı Azərbaycan Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir, indiyədək çoxsaylı birgə tədbirlər reallaşdırıb. Avropa Şurasının Bakı ofisi budəfəki təlimə Türkiyədən təcrübəli ekspert Bülənt Çaplını dəvət edib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında bildirib ki, qurum tərəfindən martın 4-də koronavirusla bağlı dezinformasiya tipli bilgilərə həssas yanaşılması ilə bağlı media ictimaiyyətinə ilk müraciət ünvanlanıb. Şura sonrakı aylarda da jurnalistlərin xüsusi karantin rejimində fəaliyyətinə dair bir neçə tövsiyə ünvanlayıb, habelə Beynəlxalq Jurnalistlər Federasiyanın dünya jurnalistlərinə müraciətini yayıb. Şura ötən müddətdə jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah Daxili İşlər Nazirliyi ilə müntəzəm təmaslar yaradıb.

 

Sonra ekspert Bülent Çaplı koronavirus pandemiyası dövründə medianın fəaliyyət özəllikləri peşəkarlıq meyilləri barədə geniş məlumat verib. Jurnalistlərin müxtəlif məsələlərlə əlaqədar sualları cavablandırılıb.

 

Onlayn təlimə paytaxtdan və bölgələrdən ümumilikdə 30-dək jurnalist qatılıb.

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.4.