“Aysu
və Ay” fars
dilində
F.Köçərli adına
Respublika Uşaq Kitabxanası 2012-ci ildən
Beynəlxalq Uşaq Kitabı Şurasının
(İBBY) üzvüdür. Təşkilata üzvlüyün məqsədlərindən biri
də müxtəlif ölkələrlə uşaq
ədəbiyyatı sahəsində
əlaqələrin inkişaf
etdirilməsi, Azərbaycanın
uşaq yazarlarının
əsərlərinin beynəlxalq
miqyasda tanıdılmasıdır.
İBBY-nin İran bölməsindən
Respublika Uşaq Kitabxanasına verilən məlumata görə, təşkilatın əməkdaşı,
yazar, tərcüməçi,
tədqiqatçı Nəsim
Yusefi Azərbaycanın
tanınmış uşaq
yazıçısı Sevinc
Nuruqızının “Aysu
və Ay” əsərini
fars dilinə
çevirib. Əsər İranın paytaxtı
Tehranda nəşr olunan “Hamşəhri” qəzetinin uşaq jurnalında dərc olunub.
Qeyd edək ki, Respublika
Uşaq Kitabxanası Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY)
Azərbaycan milli bölməsi kimi fəaliyyəti çərçivəsində
2014-cü ildə Sevinc
Nuruqızının “Aysu və Ay” əsərini Andersen
mükafatına təqdim etmişdi.
Əsər rus və ingilis
dillərinə də tərcümə olunub.
Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.4.