Tənbur ifaçılığınahəsr
olunmuş yeni kitab
AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Ləman Vaqifqızının (Süleymanova) “Dambur ifaçılığı və hayla yaradıcılığı” mövzusunda monoqrafiyası çap olunub.
Kitab Zaqatala və Balakən rayonlarında geniş yayılan dambur (tənbur) ifaçılığı və hayla söyləyiciliyinə həsr edilib. Monoqrafiyada 98 dambur ifaçısı, 30 haylaçı və 20 nəfər meyçinin (balabançı) həyat və yaradıcılığından söhbət açılıb, 43 dambur havası haqqında məlumat verilib. Eləcə də dambur musiqi alətinin hazırlanması, damburun auditoriyası, dambur deyişmələri və s. haqqında təsəvvür yaratmağa çalışılıb. Kitabın sonunda 12 dambur havasının notu verilib, ifaçıların və haylaçıların şəkilləri əlavə edilib.
“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə elmlər doktoru Əfzələddin Əsgər, rəyçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.
S.QALİBOĞLU
Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.7.