Ağdamda tapılmış dəfinədə
Trabzon sikkələri
Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədovanın məruzəsi Türkiyənin Trabzon şəhərində onlayn keçirilmiş 8-ci Beynəlxalq mədəniyyət və sivilizasiya konqresinin toplusunda yer alıb.
Muzeydən bildirilib
ki, “Ağdam dəfinəsində
tapılmış Trabzon sikkələri
önəmli numizmatik
tapıntıdır” adlı məruzədə ötən əsrdə
Ağdam şəhərində aşkarlanan, professor Yevgeni Paxomovun qeydə
aldığı, lakin yetərincə nəzəri
tədqiqata cəlb edilməyən 195 gümüş
sikkədən ibarət dəfinə haqqında bəhs edilir. Məruzəçi dəfinədə
Səlcuq sultanı IV Qılınc Arslan, Trabzon imperatoru II İoann Komnen, Çingizi hökmdarı Münke,
Elxani hökmdarları Abaqa
və Arqun xanın dövrünə aid gümüş sikkələrin
səciyyəvi cəhətlərini təqdim edib.
Həmçinin “xristian-hülakü” adlanan sikkə qrupu barədə
məlumat verib. Vurğulayıb ki, dəfinə XIII əsrin II
yarısının pul təsərrüfatının
açıqlanmasına kömək edən faktiki
vasitədir.
Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.6.