Repressiya” silsiləsindən ilk film Mikayıl Müşfiqə həsr olunub

 

 

Azərbaycan Televiziyasında yeni mövsümdə “Repressiya” adlı sənədli filmlər silsiləsi nümayiş olunacaq.

 

Ayda iki dəfə efirə gedəcək silsilədən ilk sənədli televiziya filmi nakam şairimiz 1938-ci ildə repressiya qurbanı olmuş Mikayıl Müşfiqə həsr edilib. Film sentyabrın 16-da nümayiş olunub.

 

Ekran əsərində Mikayıl Müşfiqə qarşı təzyiqlər, atılan böhtanlarşairin həbsindən bəhs edilir. Bundan başqa, şairin həyat yoldaşı Dilbər Axundzadə ilə görüşüiki müstəntiqə ifadəsi də filmdə bədiiləşdirilmiş səhnə ilə əks olunub. Sonda isə şairin güllələnmə səhnəsi yer alıb.

 

Mikayıl Müşfiq obrazını Toğrul Rza, Dilbər Axundzadəni isə Kəbirə Həşimi canlandırıb.

 

Sənədli filmin rejissoruoperatoru Elmir Süleymanov, ssenari müəllifi Kəmalə Mirzəyeva, montajçısı Mahir Rəhimovdur.

 

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.4.