Tarixin şahidləri”nin qalibləri müəyyən olunub

 

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyiTarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub.

 

Müsabiqə Azərbaycanın müxtəlif bölgələrində yerləşən qədim, xüsusilə də az bilinən tarixi-dini abidələrin geniş auditoriyaya çatdırılması, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi və təbliği məqsədilə təşkil edilib.

 

Yazı, fotovideo formatında təqdim olunan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi Səyyad Salahlı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq münasibətlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlova və sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev tərəfindən qiymətləndirilib.

 

Münsiflərin rəyi ilə Kənan Məmmədov 1-ci yerə, Şamil Muradlı və Fariz Namazlı 2-ci yerə, Qəşəm Nəcəfzadə, Səfər İbrahim və Tacəddin Quliyev 3-cü yerə layiq görülüblər. Beş nəfərə də həvəsləndirici mükafat verilib.

 

Müsabiqənin qalan iştirakçılarına da çəkdikləri zəhmət nəzərə alınaraq fondun hədiyyələri təqdim  olunacaq.

 

Mədəniyyət.- 2020.- 18 sentyabr.- S.5.