Kitabxanaların Milli Musiqi Günü təqdimatları

 

 

18 sentyabrMilli Musiqi Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindənÜzeyir Hacıbəyli: müasir Azərbaycan peşəkar musiqi sənətinin milli operasının banisiadlı elektron məlumat bazası hazırlanıb.

 

Elektron məlumat bazasında bəstəkarın publisistik əsərləri, operaları, musiqili komediyaları, xor, orkestr kamera-instrumental əsərləri, romansları, mahnıları, səsyazmaları, fotoları, haqqında əsərlərinə çəkilən filmlər verilib. Resurslar tam mətni ilə təqdim olunur.

 

Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/emb/uhacibeyli/index.html

 

***

 

F.Köçərli adına Respublika Uşaq KitabxanasıSərhədsiz incəsənətadlı yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib.

 

Kitabxananın internet saytı sosial şəbəkə səhifələri vasitəsilə təqdim olunan layihədə Üzeyir Hacıbəylinin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, dahi bəstəkar 1908-ci il yanvarın 12-də Bakıda Tağıyevin teatrında ilk tamaşası olanLeyli Məcnunoperası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyub. O həm Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. BəstəkarınƏr arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alanmusiqili komediyaları o dövrün Azərbaycan məişətini, xalq adət ənənələrini olduğu kimi əks etdirir.

 

Sonda kitabxananın fondunda yer alan kitablar digər resurslar virtual nümayiş olunub.

 

***

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da Milli Musiqi Günü ilə əlaqədar materialları sosial şəbəkə istifadəçilərinə təqdim edib.

 

Kitabxana əməkdaşlarının hazırladıqları virtual sərgidə Üzeyir Hacıbəylinin həyat yaradıcılığı haqqında məlumat verilib, böyük şəxsiyyətlərin dahi bəstəkar haqqında söylədikləri fikirlər yer alıb. Həmçinin Üzeyir Hacıbəyli haqqında mətbuat səhifələrində çıxan məqalələr, əsərləri əsasında hazırlanan tamaşaların afişaları, Üzeyir bəyin Ev-Muzeyi haqqında məlumatlar, mövzu ilə bağlı fotoqalereya təqdim olunub.

 

Milli Musiqi Günü ilə əlaqədar görkəmli ifaçılarımıza həsr edilmiş videoçarxlar da hazırlanıb.

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.3.