“Tarixin yaddaşı silinmir”
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Tarixin yaddaşı silinmir” adlı onlayn seminar təşkil edib.
Seminar zamanı mərkəzdə
bərpası həyata keçirilmiş
müharibə illərini əks etdirən nadir
muzey əşyalarının bərpadan əvvəl
və bərpadan sonrakı vəziyyətlərini göstərən
təqdimat olub. Təqdimatda
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən
göndərdiyi məktubu, 2 dəfə Sovet
İttifaqı Qəhrəmanı, general
Həzi Aslanova məxsus geyim
nümunəsi, Xalq rəssamı Əzim
Əzimzadənin müharibə əleyhinə karikatura
və plakatları, Xalq rəssamı Maral Rəhmanzadənin bu
mövzuya həsr olunmuş
bir sıra işləri, eləcə də
Azərbaycanın ictimai xadimlərinin, rəssam,
ədib və bəstəkarların ağır müharibə
illərində fəaliyyətinə dair faktlar əksini tapıb.
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.3.