Dahi bəstəkara həsr olunmuş televiziya festivalı
Azərbaycan Respublikası Prezidentinin
18 sentyabr 1995-ci il tarixli fərmanı ilə dahi bəstəkar,
professional musiqi sənətimizin
banisi, mədəniyyət
salnaməmizdə bir çox ilklərin müəllifi olan Üzeyir Hacıbəylinin
doğum günü milli musiqi bayramı
– “Üzeyir Musiqi Günü” kimi qeyd olunur.
2009-cu ildən başlayaraq hər il
18 sentyabrda başlanan
Üzeyir Hacıbəyli
Beynəlxalq Musiqi Festivalı da bu əlamətdar tarixə əlavə rəng qatıb. Ötən illərdə Heydər Əliyev Fondunun və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
ənənəvi festival müxtəlif
ölkələrdən görkəmli
musiqiçiləri, bədii
kollektivləri, solistləri,
dirijorları, musiqişünas
alimləri dahi bəstəkarın sənət
işığında bir
araya gətirib.
Builki milli musiqi bayramı bəstəkarın anadan olmasının 135 illiyinə
təsadüf edir. Lakin mövcud pandemiya səbəbindən bu il festivalın
ənənəvi miqyasda
keçirilməsi mümkün
deyil. Mövcud vəziyyət nəzərə
alınaraq Üzeyir Hacıbəyli festivalı
bu dəfə televiziya festivalı formatında təqdim olunur.
Üzeyir Hacıbəylinin 135 illiyinə
həsr olunan telefestival Mədəniyyət
Nazirliyi və Azərbaycan Televiziyasının
“Mədəniyyət” kanalının
birgə layihəsidir.
19-30 sentyabr tarixində
keçirilən festivalın
proqramı ötən
illərdə gerçəkləşmiş
festivalların konsertlərindən
tərtib olunub və hər gün “Mədəniyyət”
kanalında təqdim olunur.
Telefestivalın ilk günü – 19 sentyabrda
(saat 19:45) Üzeyir Hacıbəyli XI Beynəlxalq
Musiqi Festivalının
açılış (2019) mərasimindən Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Rauf Abdullayev)
çıxışı təqdim
olunub.
20 sentyabrda (saat
21:00) “Mədəniyyət” kanalında bəstəkarın
125 illiyinə təsadüf
edən Üzeyir Hacıbəyli II Beynəlxalq
Musiqi Festivalının
(2010) proqramından “O olmasın,
bu olsun” musiqili komediyası, 21 sentyabrda isə (19:15) Üzeyir Hacıbəyli
VIII Beynəlxalq Musiqi
Festivalından (2016) “Leyli
və Məcnun” operası nümayiş olunub.
Telefestivalın 22 sentyabr proqramında
Üzeyir Hacıbəyli
V Beynəlxalq Musiqi Festivalından (2013) Vilija Paskute və Tomas Daukantesin (Litva) iştirakı ilə
fortepiano dueti axşamı
(03:45) və Üzeyir
Hacıbəyli VII Beynəlxalq
Musiqi Festivalından
(2015) Azərbaycan Dövlət
Simfonik Orkestrinin (dirijor: Əyyub Quliyev) konserti (20:00) yer alıb.
23 sentyabr
proqramında Üzeyir Hacıbəyli VIII
Beynəlxalq Musiqi Festivalından (2016) Orfeon Kamera Xorunun
(dirijor: Elnarə Kərimova) konserti (04:55) və Üzeyir
Hacıbəyli V Beynəlxalq Musiqi Festivalından
(2013) Münxen Yeni Filarmonik Orkestrinin (dirijor: Fuad İbrahimov) konserti
(20:15) yer alıb.
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.1;3.