“Sevgili
canan” üç tenorun ifasında
Mədəniyyət Nazirliyi və “Mədəniyyət”
kanalının birgə
təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 135 illiyinə
həsr olunmuş yeni layihəyə start verilib.
Layihə çərçivəsində Azərbaycanın üç
tanınmış tenoru
bir araya gəlib. Bəstəkarın “Sevgili canan”
əsəri Xalq artisti Samir Cəfərov,
əməkdar artistlər
Ramil Qasımov və Fərid Əliyevin ifasında tamaşaçılar tərəfindən
maraqla qarşılanıb.
“Üç tenor” layihəsini həyata keçirməkdə məqsəd Azərbaycanın musiqi mədəniyyətini, klassik musiqi nümunələrini dünyada tanıtmaqdır. Layihədə dünya və Azərbaycan bəstəkarlarının əsərləri yer alır.
LALƏ
Mədəniyyət.- 2020.- 23
sentyabr.- S.2.