Milli Kitabxana beynəlxalq videokonfransda təmsil olunub

 

 

M.F.Axundzadə adına Azərbaycan Milli KitabxanasıKitabxanalararası abonement sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsimövzusunda videokonfransda təmsil olunub.

 

Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan milli kitabxanalarının qatıldığı videokonfransda  pandemiya ilə əlaqəli məhdudiyyətlər, eləcə istifadəçilərə stasionar kitabxana məlumat xidmətlərinin müvəqqəti dayandırılmasına səbəb olan digər amillər şəraitində kitabxanalararası abonement sənədlərin elektron çatdırılması üzrə xidmətlərin göstərilməsi kimi məsələlər müzakirə olunub.

 

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitabxananın pandemiya dövründə oxuculara onlayn rejimdə xidmətin təşkilindən danışıb. Direktor sənədlərin elektron çatdırılması xidmətindən  bəhs edərək Azərbaycan Milli Kitabxanası ilə Rusiya Dövlət Kitabxanası, eyni zamanda Gürcüstan, Belarus, Qazaxıstan Milli kitabxanaları ilə bu istiqamətdə əlaqəli fəaliyyətə diqqəti çəkib.

 

K.Tahirov bu xüsusda ölkə ərazisində dərc olunan çap məhsullarının elektron versiyasının Milli Kitabxanaya təqdim olunmasına dair Azərbaycan Prezidentinin müvafiq sərəncamını da konfrans iştirakçılarının diqqətinə çatdırıb. Ölkəmizin bu sahədə təcrübəsini yüksək qiymətləndirən kitabxana rəhbərləri həmin sərəncamın mətninin onlara göndərilməsini xahiş ediblər.

 

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.4.