Kino tariximizdə izi qalan yazıçı

 

İbrahim bəy Musabəyov-140

 

 

Ötən əsrin birinci yarısında ədəbiyyat xəzinəmizə töhfələr verən ədiblərimizdən biri İbrahim bəy Musabəyovdur. O, dövrünün nasirləri arasında öz mövzusu, bədii tipləri, maraqlı təhkiyəsi ilə seçilib. Bu il ədibin anadan olmasının 140 illiyidir.

 

İbrahim bəy Mehdi bəy oğlu Musabəyov 1880-ci ildə Şəki qəzasının Qutqaşen kəndində (indiki Qəbələ şəhəri) dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə alır. 1898-ci ildə Qori Müəllimlər Seminariyasına daxil olur. Bu təhsil ocağını 1902-ci ildə bitirib təyinatla Şəki şəhərində üçüncü rus-tatar məktəbində müəllimlik fəaliyyətinə başlayır. Doqquz il burada dərs dedikdən sonra Bakıya gəlir. Birinci rus-tatar məktəbində işə düzəlmək üçün müəllimlər komissiyası qarşısında imtahan verir. Beləliklə, İbrahim bəy Musabəyov 1911-ci ildən pedaqoji fəaliyyətini Bakıda davam etdirir.

 

İ.Musabəyov pedaqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. Məktəbjurnalı ilə sıx əməkdaşlıq edir.Çay”, “Rəhimli arvad”, “Rzanın qutusuhekayələri rus yazıçısı V.Q.Korolenkodan tərcümə etdiyiKor onun yoldaşıhekayəsi dərgidə işıq üzü görür. O daha sonra B.N.Polevoyunİki dost, iki yolhekayəsini dilimizə tərcümə edir. Müəllif qeyd olunan əsərləriniÜç hekayəadı ilə 1915-ci ildə nəşr etdirir.

 

Bədii yaradıcılığını davam etdirən yazıçınınXoşbəxtlər” (1913), “Cəhalət fədailəri” (1914), “Gözəllərin vəfası” (1914), məşhurNeft milyonlar səltənətində” (1917) povestləri çap olunur. Maarifpərvər müəllif bu əsərlərində Azərbaycan ədəbiyyatının dəyərli ənənələrini uğurla davam etdirib.

 

Ədibin ailə-məişət mövzusunda qələmə aldığıXoşbəxtlərəsərində azad sevgi ideyaları əksini tapıb. Mövzu ənənəvi olsa da, öz dövrü üçün çox aktual idi. Varlı Rəsul kişi oğlu Aslanı evləndirmək istəyir. Lakin bu məsələdə oğlu ilə məsləhətləşmir. Həmçinin deyir ki, bu işdə övladın fikri ilə razılaşmamaq da olar. İ.Musabəyov əsərdə iki gəncin bir-birinə qovuşmasına mane olan feodal-patriarxal adətləri, gənclərin həyatına gətirdiyi çətinlikləri özünəməxsus şəkildə tənqid edir.

 

Məlumdur ki, XX əsrin əvvəllərində Bakıda neft istehsalı insanların maddi rifah halının yaxşılaşmasına təsir göstərirdi. Burada baş verən ictimai-sosial hadisələr, sözsüz ki, bədii ədəbiyyatda da öz əksini tapırdı. İ.Musabəyovun ədəbi irsində ideya-məzmun cəhətdən diqqəti daha çox cəlb edənNeft milyonlar səltənətindəpovestidir. Əsər həmin dövrdə Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin pul hakimiyyətinin ifşasına həsr olunmuş maraqlı bədii nümunələrdən hesab edilir. Povestdə təsvir olunan hadisələr Bakının o zamankı həyatının qaranlıq dalanlarına işıq tutur. Əsərin qəhrəmanı yoxsul Cəlil təsadüfən varlanır. Bu, eyni zamanda onda mənfi insani keyfiyyətləri üzə çıxarır. Onun xarakteri dəyişir tamamilə başqa bir adam olur. Lakin yeni həyat tərzinə uyğunlaşa bilməyən Cəlil keçmişinə qayıdır...

 

Qeyd edək ki, povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrəFilmafransız kino şirkəti 1916-cı ildə dörd seriyadan ibarət kinofilm çəkir. Filmdə rus kino sənətkarları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Pirimov, Mirmahmud Kazımovski çəkilir. Əsər 1980-ci ildə “Qızıl uçurum” adı ilə yenidən ekranlaşdırılır.

 

Araşdırmalarda qeyd edilir ki, İ.Musabəyov 1918-ci ilin yanvar ayında İranın Rəşt şəhərinə gedir. Burada rus dili müəllimi kimi pedaqoji fəaliyyət göstərir. O, eyni zamanda Rəştdə yerləşən çar ordusu hissələrində siyasi təbliğat işləri həyata keçirir. Lakin bu işi çox davam etmir, həbs edilərək Qəzvin şəhərinə aparılır. 1919-cu ilin may ayında həbsxanada yanğın baş verir. Fürsətdən istifadə edən İbrahim bəy Rusiyaya qaçmağa müvəffəq olur. Krıma gələrək kino sahəsində çalışır və iki kinossenari yazır.

 

İ.Musabəyov 1925-ci ildə Nuxa (indiki Şəki) dairəsindən Ümumrusiya müəllimlər qurultayına nümayəndə seçilir. 1931-ci ildə isə Azərbaycan müəllimlər qurultayının nümayəndəsi olur.

 

30-cu illərin repressiya dalğası İ.Musabəyovdan da yan keçmir. Xalq düşmənikimi həbs olunur 14 sentyabr 1942-ci ildə Karaqanda şəhərində (Qazaxıstan) sürgündə vəfat edir.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 23 sentyabr.- S.6.