Bakının tarixi qəsəbələrinin yeni inkişaf dövrü başlayır

 

“Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi görünüşü var. Ona görə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun

 

Əlbəttə ki, tarixi abidələrin bərpası və aşkarlanması da məqsədlərdən biri idi. Bu gün mənə göstərilən tarixi abidələrin bəziləri yerin altında idi. O cümlədən “Qum hamamı”, digər abidələr, XIV əsrdə inşa edilmiş abidələr, sovet vaxtında tikilmiş abidələr – onlar da bizim milli sərvətimizdir. Bu abidələr bir daha onu göstərir ki, bu kəndin çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər. O cümlədən ovdan, hamambu, mədəniyyət deməkdir.

 

Prezident İlham Əliyev bu sözləri sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində sakinlərlə görüşü zamanı deyib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəsəbədə aparılan abadlıq işləri ilə tanış olublar. Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, burada həyata keçirilən layihə qəsəbənin qədim və XX əsrin əvvəllərinə aid olan hissəsini əhatə edir. Qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Mirzə Ələkbər Sabir adına park da bərpa olunub.

 

Diqqətə çatdırılıb ki, Balaxanıdakı Şah Səfi karvansarası 1635-1636-cı illərdə inşa olunub. Tarixi abidə yerli əhəngdaşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

 

Balaxanı Bakının ən qədim yaşayış yerlərindən biridir. XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı tarixi İpək Yolunun üstündə yerləşdiyindən strateji mövqeyə sahib idi. Əsrlər boyu bu yer karvan yolunun əsas məntəqələrindən biri olub.

 

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qəsəbədəki Hacı Şəhla məscidi və Şakir ağa türbəsinin bərpası barədə də məlumat verilib. Bildirilib ki, Hacı Şəhla məscidi XIV əsr memarlıq abidəsidir. Qəsəbədəki ovdan XIV əsrdə inşa olunub. Ovdanın mənbəyindən su götürmək üçün 40 pilləkən aşağı enmək lazımdır. Keçmişdə ovdan vasitəsilə Balaxanının içməli suya olan tələbatı ödənilib.

 

Qum hamamı” bir-biri ilə əlaqəli 3 hissədən ibarətdir. Bu hamam da qəsəbənin tarixi tikililərindən hesab olunur. Onun inşası XIV əsrə təsadüf edir. Balaxanı qəsəbəsində vaxtilə 18 hamam olub. Demək olar ki, hər məhəllədə hamam inşa edilib onlar həm adlarına, həm memarlıq üslubuna görə bir-birindən fərqlənib.

 

Qəsəbədə görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev birinci xanım Balaxanı sakinləri ilə görüşüblər.

 

Dövlət başçısı sakinləri salamlayaraq qeyd edib ki, qədim Balaxanı kəndinin yeni dövrü başlayır. Prezident diqqətə çatdırıb ki, hələ bir neçə il bundan əvvəl Balaxanı zibilxanasının təmizlənməsi burada görülən ekoloji işlərə start verdi. Vaxtilə zibilxana olmuş yer indi poliqona çevrilib, burada sənaye parkı, zibilyandırma zavodu fəaliyyət göstərir. Eyni zamanda, onun yanında yerləşən Böyükşor gölünün böyük hissəsi artıq təmizlənib gölün üzərindən yol da çəkilib: “O ki qaldı işlərin bu mərhələsinə, o da göz qabağındadır. Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr, estetik görünüşbütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər eyni zamanda, digər yerlərdən gəlib burada işləyənlər var”.

 

Prezident qeyd edib ki, işlərin böyük hissəsi başa çatıb. Ancaq hələ görüləsi işlər çoxdur bunlar da tədricən ediləcək: “Əlbəttə ki, Balaxanının gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı, həm digər şəhərlərin sakinləri buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı materiallar dərc edilir. Avropada, Rusiyada televiziya kanallarında, internet saytlarında buraya maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaqdır. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı məsələlərdə fəal olsunlar bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər. İndi inkişaf etmiş bir çox ölkələrin şəhərlərinin kiçik qəsəbələrində belə turizm, tarixi yerlərdə yerli sakinlər bütün ümumi işlərə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Təbii ki, dövlət lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat fəal olsun, insanlar daha yaxşı yaşasınlar xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər.

 

Mən bunu demişəm, siz Balaxanı sakinləri bunu yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyəti digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsunlar. İndi isə Balaxanı, necə deyərlər, dünya mətbuatında özünə yer tapıb bu, hələ başlanğıcdır. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam”.

 

Ağsaqqal Əlihəsən Vəliyev qəsəbəyə göstərilən diqqət qayğıya, görülən işlərə görə Prezident İlham Əliyevə Mehriban xanıma sakinlər adından minnətdarlıq ifadə edib.

 

Birinci xanım Mehriban Əliyeva qəsəbədə böyük zövqlə görülmüş əl işlərini xüsusi qeyd edib. Rəssam Emin Ələkbərov bildirib ki, yerli sakin olaraq çoxdankı arzularımızı həyata keçirdik. Qeyd edib ki, keramika nümunələri yerli sakinlərin əl işləridir. Qəsəbədə xalçaçılıq müəssisələrimiz var, gənc nəsil yerləri ilə təmin olunur.

 

Prezident İlham Əliyev vurğulayıb ki, Bakının digər qəsəbələrində bu cür işlərin görülməsi üçün müvafiq göstərişlər verilib: “İlkin mərhələdə təqribən 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünəməxsus memarlıq üslubu var, tarixi var, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə müzakirə olunsun. İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastrukturkanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, insanların gündəlik qarşılaşdığı digər məsələlər həll olunur. Eyni zamanda, təmir-bərpa işləri mütləq yerli sakinlərin iştirakı ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir. Eyni zamanda, gənc nəsil buna qoşulur ki, hər bir kəndin özünəxas görüntüsü olsun”.

 

Qəsəbə sakini Vüsalə Səlimova da minnətdarlığını bildirərək qeyd edib ki, indiyədək Balaxanı kəndi dünya mətbuatında neftlə tanınırdı. Bundan sonra isə ölkə rəhbərliyinin köməyi, diqqəti nəticəsində aparılan bu gözəl abadlıq işləri ilə, məhz bu gözəlliklərlə tanınacaq.

 

İlham Əliyev hələ Prezident kimi fəaliyyətə başlayandaqara qızılı” insan kapitalına çevirmək barədə söylədiyi sözləri xatırladaraq deyib: “Bax, budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik. Deyə bilərəm ki, bu gün biz neftlə zəngin ölkələr sırasında bu siyasətə görə dünya miqyasında qabaqcıl yerlərdəyik. Aparıcı beynəlxalq maliyyə qurumları da qeyd edirlər ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Neftlə zəngin olan ölkələrdə bəzi hallarda işsizlik baş alıb gedir. Səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların rifahına, ölkəmizin inkişafına xidmət göstərir”.

 

Prezident qeyd edib ki, Bakının Balaxanı və Bibiheybət qəsəbələri dünyada neft hasilatının başladığı yerlər olub: “İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir. Biz orada, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Ekoloji fəlakət zonası idi. Amma indi orada park salınıb. Orada incəsənət və idman şəhərcikləri, ölkəmizin ən böyük Su İdmanı Sarayı, bulvar yaradılıb. İkinci mərhələdə isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”.

 

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov məlumat verib ki, Bibiheybət qəsəbəsinin yarısından çox hissəsi artıq abadlaşdırılıb.

 

Prezident işlər başa çatandan sonra Bibiheybətdəki vəziyyətlə də tanış olacağını deyib: “Bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.1;2.