Fransa azərbaycanlı qəhrəmanını yad edib

 

Azərbaycan xalqının qəhrəman oğlu, II Dünya müharibəsində Fransada antifaşist Müqavimət hərəkatının fəal iştirakçısı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi bu günlər ölkəmizdən xaricdə də qeyd edilir. Əfsanəvi partizanın xatirəsi vaxtilə böyük şücaət göstərdiyi, Milli Qəhrəman adı aldığı Fransada da yad olunub.

 

Sentyabrın 22-də Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Oksitan regionunun Tarn-Qaron departamentinin Vayssak kommunasında Kabertat partizan hərəkatında döyüşmüş azərbaycanlı partizanların, o cümlədən “Xarko” və “Armed Mişel” ləqəbləri ilə tanınan Əhmədiyyə Cəbrayılovun xatirəsinə ucaldılmış abidə önündə anım tədbiri keçirilib. Tədbirdə MontaubanVayssak şəhərlərinin merləri, yerli sakinlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

 

Səfir Rəhman Mustafayev çıxış edərək bildirib ki, II Dünya müharibəsi zamanı azərbaycanlılar Fransada, eləcə də Avropanın digər ölkələrində - Polşada, İtaliyada, Niderlandda müqavimət hərəkatlarında iştirak edib, yerli xalqlarla çiyin-çiyinə faşizmə qarşı vuruşublar. Əhmədiyyə Cəbrayılov Fransa Respublikasının ən yüksək dövlət təltiflərindən olan “Fəxri Legion” ordeninə və Fransanın Milli Qəhrəmanı adına,  medallara layiq görülüb.

 

Montauban şəhərinin meri Brijit Bqrej, Vayssak şəhərinin meri Frensis DelmasKabertat Partizan Dostları Assosiasiyasının prezidenti Mişel Po çıxış edərək, həmvətənlərimizin Fransanın azadlığı uğrunda mübarizəyə verdiyi töhfələrdən danışıblar. Xatirə abidəsinin önünə əklillər qoyulub.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.1;5.