“Tarixi
yazmış bir tale”
Videotəqdimatlar müsabiqəsi başa çatıb
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi
(MEMİM) pandemiya dövrü
ilə əlaqədar
olaraq distant iş rejimində müxtəlif
formatlı layihə və tədbirləri davam edirir.
Avqust ayında mərkəz tərəfindən Azərbaycan
xalqının ümummilli
lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə
təcəssüm etdirən
“Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət
respublika müsabiqəsinə
start verilmişdi. Müsabiqənin məqsədi ulu öndərin dövlətçilik
fəlsəfəsi və
azərbaycançılıq məfkurəsinin dərindən
öyrənilməsi və
təbliği, Heydər
Əliyev mərkəzlərində
çalışan elmi
işçilərin peşə
səriştələrinin üzə çıxarılması,
dəstəklənməsidir. Müsabiqə ilə bağlı
Heydər Əliyev mərkəzlərinin direktorlarının,
həmçinin 70-ə yaxın
mədəniyyət işçisinin
iştirakı ilə
vebinar təşkil olunub.
Müsabiqəyə 37 videotəqdimat qəbul olunub. Videotəqdimatlar sentyabrın 1-dən mərkəzin rəsmi “Facebook” səhifəsində
paylaşılıb. Müsabiqənin şərtlərinə uyğun
olaraq 10 gün ərzində videotəqdimatlara
baxış və bəyənmə sayına
görə birinci mərhələnin qalibləri
seçilib, ikinci mərhələnin qalibləri
isə münsiflər
heyətinin rəyinə
əsasən qiymətləndirilib.
Baxış və bəyənmə sayına görə I yerə Lerik rayon Heydər Əliyev Mərkəzi, II yerə Zaqatala rayon Heydər Əliyev Mərkəzi,
III yerə Şəki
şəhər Heydər
Əliyev Mərkəzi
layiq görülüb.
Münsiflər heyətinin rəyinə görə I yeri Neftçala rayon Heydər
Əliyev Mərkəzi,
II yeri Sabirabad rayon Heydər Əliyev Mərkəzi, III yeri isə Xızı rayon Heydər Əliyev Mərkəzi tutub.
Müsabiqənin digər
iştirakçıları fəxri fərman və sertifikatlarla təltif olunacaqlar.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.4.