“Asılı olma, azad ol!” layihəsinə dəstək
F.Köçərli adına Respublika Uşaq kitabxanası “Zərərli Vərdişlərə qarşı” İctimai Birliyinin həyata keçirdiyi “Asılı olma, azad ol!” layihəsinə dəstək olub.
Layihənin məqsədi yeniyetmə və gənclərin zərərli vərdişlərə meyilliliyinin qarşısını almaq, onlara narkotik maddələrin, siqaretdən istifadənin və alkoqollu içkilərin insanın ruh və bədən sağlamlığına vurduğu zərərləri elmi əsaslarla izah etmək və cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir.
Layihə çərçivəsində yeniyetmə və gənclərin maarifləndirilməsi üçün “Siqaretdən uzaq dur!” adlı kitabça nəşr olunub. Respublika Uşaq Kitabxanası ictimai birlik tərəfindən nəşr olunan 550 nüsxə kitabça və bukletlərin respublikada fəaliyyət göstərən uşaq kitabxanalarına göndərilməsini təmin etməklə layihəyə dəstəyini göstərəcək.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.4.