Şəkidəki muzey
Əhmədiyyə Cəbrayılovun xatirəsini
yaşadır
Əhmədiyyə Cəbrayılovun Şəki şəhərindəki ev-muzeyi 1995-ci ildə yaradılıb. Muzey əvvəlcə bir otaqdan ibarət olub. Hazırda 4 otağı olan muzeydə əfsanəvi partizanın həyatı və döyüş yolundan bəhs edən müxtəlif sənədlər, fotolar, haqqında məqalələr dərc edilmiş qəzet və jurnallar, kitablar nümayiş etdirilir.
Ev-muzeyi yerli sakinlərin, Şəkiyə gələn yerli və əcnəbi turistlərin tez-tez ziyarət etdiyi məkanlardan biridir. Bu il məlum pandemiya səbəbindən ev-muzeyi qonaq-qaralı olmasa da, karantin rejiminin yumşaldılmasından sonra ziyarətlər bərpa edilib.
Bu yaxınlarda Şəki Regional Mədəniyyət İdarəsi Şəki şəhər Mərkəzi kitabxanasının əməkdaşları əfsanəvi partizanın 100 illiyi münasibətilə ev-muzeyini ziyarət ediblər. Muzeyin yaradıcısı, Ə.Cəbrayılovun oğlu Cavanşir Cəbrayılov ziyarətçilərə atasının rəşadətli döyüş yolundan danışıb.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.5.