Ukrayna Prezidentindən Xalça
Muzeyindəki audiobələdçi ilə bağlı
paylaşım
Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Twitter” səhifəsində Azərbaycan Milli Xalça Muzeyində Ukrayna dilində audiobələdçinin yaradılması ilə bağlı paylaşım edib.
Xalça Muzeyindən bildirilib ki, audiobələdçinin yaradılması barədə razılıq 2019-cu ilin dekabrında Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində bu ölkənin birinci xanımı Yelena Zelenskaya Milli Xalça Muzeyini ziyarət edərkən əldə edilmişdi.
Audiobələdçi bu il avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə təqdim olunub.
Bundan öncə muzeydə
Azərbaycan, rus, ingilis
və fransız dillərində audiobələdçilər
istifadəyə verilmişdi. Artıq
ukraynalı qonaqlar da
Azərbaycan Milli Xalça
Muzeyinin zəngin ekspozisiyasını öz doğma dillərində
audiobələdçinin müşayiəti ilə ziyarət
edə biləcəklər.
Mədəniyyət.- 2020.- 25
sentyabr.- S.8.