İsrail mediası dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyi haqqında

 

 

İsrailinHaaretz” xəbər portalında və Yəhudi Teleqraf Agentliyinin saytında dağ yəhudilərinin Azərbaycanın Quba rayonunda yerləşən ilk muzeyi barədə məqalə dərc edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ingilisivrit dillərində yayımlanan məqalənin müəllifi israilli jurnalist, “Washington Diplomat” qəzetinin və Yəhudi Teleqraf Agentliyinin müxbiri Larri Luksnerdir.

 

Müəllif qeyd edib ki, sözügedən muzey Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə bərpa edilmiş Karhoq sinaqoqunda yerləşir. Həmin muzeydə dağ yəhudiləri mədəniyyətinin səciyyəvi xüsusiyyətləri, o cümlədən milli geyimlər, məişət və ritual əşyaları, əlyazmalar, kitablar nümayiş olunur. Beləliklə, Azərbaycan ümumbəşəri və multikultural dəyərlərə hörmət, humanizm ideyalarına sadiqlik nümayiş etdirir.

 

Larri Luksner 2019-cu ilin dekabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olub, Qubadakı Qırmızı Qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Səfəri ilə bağlı “Washington Diplomat” qəzetində və “The Times of İsrael” saytında məqalələr dərc etdirən L.Luksner Azərbaycan ərazilərinin işğal edilməsi, ermənilərin Qubada törətdiyi soyqırımı haqqında bəhs edib.

 

Mədəniyyət.- 2020.- 25 sentyabr.- S.8.