2020-ci il AzərbaycandaKönüllülər ilielan edilib

 

 

 

2020-ci il Azərbaycan RespublikasındaKönüllülər ilielan edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı dekabrın 30-da sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq xidmət örnəyidir. Bu fəaliyyətin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımlar atılıb,  dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Diqqətə çatdırılır ki, ölkəmizdə könüllülər öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verərək “Eurovision” mahnı müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar. 2019-cu ildə 5 dekabrBeynəlxalq Könüllü Günü Azərbaycanda ilk dəfə keçirilib bu hərəkatın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirib.

Sərəncama əsasən, gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan RespublikasındaKönüllülər ilielan edilib.

Nazirlər Kabinetinə bununla bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.1.