Beynəlxalq mədəni əməkdaşlıqda yeni üfüqlər

 

 

 

Yeni, 2020-ci ilin artıq ikinci həftəsini yaşasaq da, tarixə qovuşmuş ötən ilin yekunları öz aktuallığını saxlayır.

Ən azı ona görə ki, qədəm qoyduğumuz ildə görüləcək işlər, reallaşacaq layihələr həm də ötən dövrün nəticələri üzərində təşəkkül tapacaq. Bu baxımdan ölkəmizin mədəni həyatında da yeniliklərlə zəngin, maraqlı bir il gözləyirik.

Ötən il mədəniyyətlə bağlı digər istiqamətlərdə olduğu kimi, beynəlxalq mədəni əməkdaşlıq sahəsi də mühüm hadisələrlə əlamətdar idi. 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının mədəniyyət sahəsində xarici siyasət strategiyasına uyğun olaraq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin qurulması, mövcud münasibətlərin daha da inkişaf etdirilməsi diqqət mərkəzində olub. O cümlədən hökumətlərarası komissiyalar çərçivəsində Çin, İran, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Yaponiya, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Monteneqro, Xorvatiya, Rusiya Federasiyası və digər ölkələrlə mədəniyyət sahəsində əməkdaşlıqla bağlı müvafiq işlər görülüb, eləcə də bu istiqamətdə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün addımlar atılıb.

Azərbaycan Mədəniyyət Nazirliyi ilə Çin Mədəniyyət və Turizm Nazirliyi arasında 2019-2023-cü illər üçün mədəni əməkdaşlıq haqqında protokol, Azərbaycan Respublikası Hökuməti ilə Əfqanıstan İslam Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu, həmçinin ölkəmizin Mədəniyyət Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi, Bolqarıstanın və İordaniyanın Mədəniyyət nazirlikləri arasında növbəti dövr üzrə mədəniyyət sahəsində əməkdaşlıq sənədləri imzalanıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev il ərzində Latviya, Almaniya, İndoneziya, İordaniya, Yunanıstan, Meksika, Argentina, Əfqanıstan, ABŞ, Böyük Britaniya və digər ölkələrin Bakıdakı səfirləri ilə görüşüb, müxtəlif ölkələrdən nümayəndə heyətlərini qəbul edib.

2019-cu ildə ölkəmizin beynəlxalq təşkilatlarla, xüsusilə də UNESCO və TÜRKSOY ilə əməkdaşlığı uğurla davam etdirilib. Martın 6-da TÜRKSOY-un Ankaradakı qərargahında “Nəsimi ilinin açılış mərasimi keçirilib. Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası tərəfindən birgə təşkil olunmuş tədbirdə Nəsiminin həyat və yaradıcılığı ilə bağlı kitab sərgisi də təşkil edilib. Mayın 15-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoqmövzusunda MDB ölkələri elm və yaradıcı ziyalılarının XIV Forumu keçirilib. Forumda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Mədəniyyət naziri 12-27 noyabr tarixində UNESCO-nun mənzil-qərargahında təşkilatın Baş Konfransının 40-cı sessiyasında, 27-28 noyabrda UNESCO-nunÜmumdünya mədəni və təbii irsinin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib, təşkilatın baş direktoru Odre Azuleylə görüşüb.

Oktyabrın 16-da Parisdə – UNESCO-nun baş qərargahında dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş möhtəşəm yubiley tədbiri keçirilib. Yeri gəlmişkən, UNESCO-nun 2020-2021-ci illər üzrə “Görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylər proqramı”na Azərbaycanın görkəmli yazıçı-dramaturqu, publisist, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyidaxil edilib.

2020-ci ildə Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumundaqonaq ölkə” fəxri statusu ilə iştirak edəcək. Bu barədə razılıq 2018-ci ildə əldə edilmişdi. Ötən ilin noyabrında isə VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu zamanı Azərbaycan nümayəndə heyəti bununla bağlı görüşlər keçirib, həmçinin “qonaq ölkə” kimi təqdim edəcəyimiz silsilə mədəni proqramlara dair danışıqlar aparılıb.

Ölkəmizdə 2019-cu ildə də bir sıra mötəbər beynəlxalq tədbirlər uğurla təşkil edilib. 2-3 may tarixində Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraqmövzusunda V Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Azərbaycan Hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə reallaşan dövlət və hökumət rəsmiləri, nazirlər, millət vəkilləri, 60 ölkənin diplomatik nümayəndəliyinin rəhbərləri, elm xadimləri və ekspertlər daxil olmaqla 106 ölkə və 32 beynəlxalq təşkilatdan 500-dən çox xarici, ümumilikdə isə 2 min nəfərə yaxın nümayəndə iştirak edib.

Ötən ilin yayında (30 iyun – 10 iyul) isə ölkəmiz tarixinin ən böyük mədəniyyət tədbirinə – UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edib. Sessiyaya ümumilikdə 180-dən artıq ölkədən 2500-dən çox nümayəndə qatılıb. Sessiya çərçivəsində iki beynəlxalq tədbir – Dünya İrsi üzrə Gənc Peşəkarlar ForumuÜmumdünya İrsi üzrə Abidə Menecerləri Forumu da gerçəkləşib. Dünya İrs Komitəsinin 43-cü sessiyası mədəni irsimizlə bağlı mühüm tarixi qərarla yadda qalıb. Azərbaycan Respublikası tərəfindən irəli sürülmüşXan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nominasiyası UNESCO-nun Dünya irs siyahısına daxil edilib.

Ötən il paytaxtımız üçün daha bir mühüm hadisə ilə əlamətdar olub. Oktyabrın 30-da Bakı şəhəri dizayn kateqoriyası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. Qeyd edək ki, Şəki şəhəri 2017-ci ilin noyabrında təşkilatın bu şəbəkəsinə salınmışdı.

 

Mədəniyyət.- 2020.- 10 yanvar.- S.1;3.