Azərbaycan Mədəniyyət Mərkəzindən
kitab hədiyyəsi
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Milli Kitabxanaya və Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinə ölkəmizə dair kitab kolleksiyası hədiyyə edib.
Nəşrlər arasında böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin şeirlər toplusu, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər kitablar olub.
Mərkəzin direktoru
Samir Abbasov bildirib ki, ötən il Daşkənd, Səmərqənd, Urgənc
və Fərqanə şəhərlərindəki
aparıcı kitabxanalara Azərbaycana dair kitab kolleksiyası, musiqi, sənədli və bədii filmlərdən
ibarət disklər hədiyyə edilib və
bu istiqamətdə işlər 2020-ci
ildə davam etdiriləcək.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.3.