Dövlət Tərcümə Mərkəzinin
beşillik fəaliyyət kataloqu
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin beşillik fəaliyyətini əks etdirən tanıtım-kataloqu işıq üzü görüb.
“Dövlət Tərcümə Mərkəzi
– 2014–2019-cu illər” adlı kataloqa qurumun bu illərdə gətirtdiyi
layihələr – dövlət dilindən istifadə, tədris,
lüğətçilik, dublyaj, nəşriyyat
və s. sahələrdə dil və tərcümənin tətbiqi üzrə
aparılan monitorinqlər, dünya ədəbiyyatının Azərbaycanda, Azərbaycan ədəbiyyatının
dünyada tanıdılması və təbliği
istiqamətində həyata keçirilən tədbirlər, görüş və təqdimatlar, Azərbaycan
ədəbiyyatı nümunələrinin, eləcə də
Qarabağ həqiqətlərinin beynəlxalq
aləmə çatdırılması ilə bağlı internet məkanında görülən
işlər və digər materiallar daxil edilib. Geniş
məlumatlar və fotolarla tərtib olunmuş kataloq son beş ildə həyata
keçirilən işlərin ümumi mənzərəsini
əks etdirməklə yanaşı, qurumun
fəaliyyəti ilə yaxından tanış olmaq
imkanı yaradır.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.6.