Sumqayıt teatrının minlərlə balaca qonağı olub
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı kollektivi bu il də Yeni il tətilində maraqlı proqramla uşaqlara sevinc bəxş edib. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, dekabrın 28-dən başlayaraq hər gün bir neçə seans olmaqla uşaqlara “İlin şahı” adlı tamaşa göstərilib.
Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Vasif Məmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Karnaval estetikası üzərində qurulan tamaşada Şaxta baba ilə Qar qızın, digər personajların – tülkü, toyuq və siçanın şən rəqsləri, zarafatları maraqla qarşılanıb.
2020-ci ilin ilk günlərində nümayiş olunan bayram tamaşasında əməkdar artistlər Sədaqət Nuriyeva, İzaməddin Bağırov və aktyorlar Cavanşir Eyyubzadə, Aynur Hümmətova, Etibar Əmirov, İradə Zeynalova, Məryəm Hüseynli çıxış edib.
Yeni il
şənliklərinə ümumilikdə 5 minə yaxın
kiçikyaşlı tamaşaçı qatılıb.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.4.