“Multikultural mühit və ədəbiyyat”
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyevin “Multikultural mühit və ədəbiyyat” kitabı çapdan çıxıb.
Tədqiqat əsərində “multikulturalizm” və “multikultural mühit” anlayışlarının elmi-nəzəri dərki, ümummədəni inkişaf, etnik-mədəni müxtəlifliyin əsasları, multikultural mühitin formalaşmasının başlıca səbəbləri, ədəbiyyata təsiri problemləri araşdırılır.
Bundan əlavə, kitabda milli ədəbiyyatımızın klassik və müasir
yaradıcılıq nümunələrində, eləcə də
əcnəbilərin Azərbaycan multikultural
mühitinə maraq və təəssüratları
əsasında yaratdıqları əsərlərdə
çoxmədəniyyətliliyin spektrləri və digər bu kimi məsələlərdən
bəhs olunur.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.4.