“Çölçü”
filminin 2020-ci ildə
ilk uğuru
Rejissor Şamil Əliyevin “Çölçü” filmi
“Tripvill İnternational
Film Festival 2020”nin (Hindistan, Kəlküttə) kino ekspertləri tərəfindən
“Ən yaxşı bədii film” kimi xüsusi mükafata (“Best Narratıve Feature / Award of Excellence”) layiq görülüb.
Festivalın qalibləri yanvarın 1-də
açıqlanıb. Qalib ekran
əsəri kimi “Çölçü” yanvarın
12-də Hindistanın Kəlküttə
şəhərində tamaşaçılara
təqdim olunacaq.
Qalib filmə
mükafat olaraq sertifikat və heykəlcik təqdim olunur.
“Çölçü” filmi Mədəniyyət Nazirliyinin
sifarişi ilə “Azərbaycanfilm”
kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film indiyədək
50-dən çox festivalda
iştirak edərək 30-dan artıq mükafat qazanıb.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.8.