“Mənim
balaca şahzadəm” Banqladeşə gedir
“Azanfilm” animasiya
studiyasının istehsalı
olan “Mənim balaca şahzadəm” qısametrajlı animasiya filmi 24-31 yanvar tarixində Banqladeşdə
keçiriləcək 13-cü Beynəlxalq uşaq filmləri festivalında nümayiş olunacaq.
Mədəniyyət Nazirliyinin sifarişi ilə 2019-cu ildə ərsəyə gələn filmin bədii rəhbəri Xalq yazıçısı
Elçin, ssenari müəllifi İman İsmayıl, quruluşçu
rejissoru Arif Məhərrəmov, quruluşçu
rəssamı Amil Quliyev, bəstəkarı
Azər Hacıəsgərli,
səsləndirmə üzrə
rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə rəssam Məryəm Ələkbərlinin
Antuan de Sent-Ekzüperinin “Balaca
şahzadə” əsəri ilə bağlı rəsmlərindən
də istifadə olunub. Onun
yağlı boya ilə işlənmiş
tablolarının təsviri animasiya hissələrinin
tərkibində verilib.
Mədəniyyət.- 2020.- 10
yanvar.- S.8.