Qəbələnin tarixi, etnoqrafiyası və folkloru barədə nəşrlərin təqdimatı

 

 

Azərbaycanın maddiqeyri-maddi irsinin qorunub saxlanılması, bərpası və dünyada tanıdılması istiqamətində görülən işlərə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da öz töhfəsini verir.

Assosiasiyanın 2005-ci ildə başladığı Qəbələ arxeoloji ekspedisiyası layihəsi 2009-cu ildən fəaliyyətini Koreya alimləri ilə birgə davam etdirir. 2011-2016-cı illərdə akademik Teymur Bünyadovun rəhbərliyi altında AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşlarından ibarət “Qəbələ etnoqrafik ekspedisiyası” Qəbələ bölgəsində tədqiqat aparıb. Ekspedisiyanın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) “TEAS Press” nəşriyyat evi tərəfindən Bakıda və İstanbulda nəşr edilib.

Yanvarın 10-da AMEA-da toplunun təqdimat mərasimi keçirilib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Qəbələ bölgəsinin qədim tarixinin araşdırılmasının dövlətçilik tariximiz üçün əhəmiyyətini xüsusi qeyd edib.

Akademik Teymur Bünyadov Qəbələ bölgəsi qədim Qəbələ şəhərinin arxeoloji, tarixi etnoqrafik baxımdan kompleks tədqiqatların nəticəsi olan ictimaiyyətin diqqətinə təqdim edilmiş əsərlər barədə ətraflı məlumat verib. O, aparılan tədqiqatlarda SEBA Assosiasiyasının onun prezidenti, geologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərovanın dəstəyini xüsusi qeyd edib.

Arxeologiya Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova Qəbələdə aparılan tədqiqatlar barədə məlumat verib.

Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op bildirib ki, SEBA Assosiasiyasının dəstəyi ilə Qəbələnin arxeoloji tədqiqatında koreyalı mütəxəssislərin iştirakı iki ölkə arasında əməkdaşlıq tarixində yeni səhifə açıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Azərbaycanda 2500 illik tarixə malik Qəbələnin tarixini, etnoqrafiyasını folklorunu əks etdirən əsərlərin rus ingilis dillərində nəşrinin respublikamız xalqımız üçün mühüm elmi, mədəni siyasi əhəmiyyətini qeyd edib.

Tədbirdə Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunanQəbələ etüdlərisənədli filmi nümayiş olunub.

Qeyd edək ki, “Qəbələ tarixikitabında bölgənin ibtidai İcma, Tunc, Antik Orta əsrlər dövrlərini əhatə edən minilliklər boyu tarixi keçmişi, qədim Qəbələ şəhərinin Qafqaz Albaniyasının paytaxtı kimi formalaşması yüksəlişi, XVIII əsrə qədər Qafqazın Şərqin görkəmli şəhərlərindən biri olması haqqında geniş məlumat verilib.

Qəbələ etnoqrafiyasıkitabında regionun təbii-coğrafi şəraitini etnik mənzərəsini, təsərrüfat həyatını, sənətkarlıq sahələrini, maddi-mənəvi mədəniyyətini, ailə ailə məişəti barədə məlumatlar geniş oxucu kütləsinin diqqətinə təqdim edilir.

“Qəbələ folkloru” kitabında isə çoxəsrlik folklor mədəniyyəti (xalq poeziyası, əfsanələr və s.) ilk dəfə əhatəli şəkildə qələmə alınıb.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.6.