“Nəsimi
ili”nin yekunları
– tarixə yazılan irs
Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə
qeyd olunan “Nəsimi ili” ölkəmizdə və onun hüdudlarından kənarda, o cümlədən
UNESCO-da silsilə tədbirlərlə
müşayiət edilərək
eyni zamanda mədəniyyət, ədəbiyyat,
söz və sənət ili kimi tariximizə yazıldı. Dahi söz ustadının
anadan olmasının
650-ci ildönümündə Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin birgə təşkilatçılığı ilə ikinci dəfə gerçəkləşən
Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı
şairin zəngin irsinin öyrənilməsində
və təbliğində
mühüm rol oynadı.
Mədəniyyət Nazirliyi, nazirliyin idarə və təşkilatları
ilə yanaşı, digər aidiyyəti qurumlar da “Nəsimi
ili”nə böyük
töhfə verdilər,
il ərzində çoxsaylı layihələr
reallaşdı.
Yanvarın 13-də Gənc Tamaşaçılar
Teatrında Təhsil Nazirliyinin İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş yekun tədbiri keçirilib. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Fərəh Əliyeva
iştirak edib.
Təhsil
naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi
haqqında sərəncamlarının
əhəmiyyətindən danışıb, yubileylə
bağlı tədbirlər
planına əsasən
görülən işləri
diqqətə çatdırıb.
Bildirib ki, 2019-cu il ərzində
ali təhsil müəssisələrində elmi konfrans, simpozium və seminarlar keçirilib. Həmçinin təhsil müəssisələrində
şairin yaradıcılığını
əks etdirən kitab və fotolardan
ibarət sərgilər
təşkil olunub.
Sonra Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseydə
Əməkdar artist Bəhruz
Vaqifoğlunun rəhbərlik
etdiyi dram dərnəyi
tərəfindən Nəsiminin
650 illik yubileyi münasibətilə hazırlanmış
“Mənəm” tamaşası
nümayiş olunub.
***
“Nəsimi ili”nin
yekunları ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda
elmi sessiya keçirilib.
AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkil etdiyi tədbirin iştirakçıları
Nəsimiyə həsr
edilmiş kitablardan ibarət sərgi ilə tanış
olublar.
Elmi sessiyada AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru İsa Həbibbəyli “Azərbaycan
Milli Elmlər Akademiyasında “Nəsimi ili”nin elmi
töhfələri” mövzusunda
məruzə ilə çıxış edib.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb
ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” haqqında sərəncamlarına
əsasən, ölkəmizdə,
onun hüdudlarından
kənarda silsilə tədbirlər keçirilib.
Bu sərəncamlar Nəsimi ideyaları əsasında azərbaycançılıq
təfəkkürünün inkişaf etdirilməsi, böyük sənətkarın
dünyaya tanıdılması
baxımından məxsusi
əhəmiyyət kəsb
edir. Akademik ötən il
Heydər Əliyev Fondunun layihəsi üzrə ikinci dəfə keçirilən
Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının
da önəmini qeyd edib.
Diqqətə çatdırılıb ki,
“Nəsimi ili” çərçivəsində AMEA-da konfrans, simpozium
və digər tədbirlər keçirilib,
mütəfəkkir şairə
həsr olunan 36 kitab nəşr edilib. Nəsimi haqqında əsərlərin
yazılması, fundamental tədqiqatların
aparılması dövlətimiz
və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına,
xatirəsinə verilən
böyük qiymətin
təzahürüdür. Akademik İsa Həbibbəyli “Nəsimi ili” çərçivəsində Ədəbiyyat İnstitutunda
da keçirilən tədbirlər, hazırlanan
nəşrlər barədə
məlumat verib.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mütəfəkkir
şairin zəngin ədəbi irsindən danışıb. Bildirib ki,
İmadəddin Nəsimi
Azərbaycan dilinin saflığı uğrunda
mübarizə aparmış
söz ustadıdır.
Bu mənada dahi
şairin zəngin irsi hər zaman
aktual olaraq qalacaq, yaradıcılığı
araşdırılacaq.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin
direktoru, akademik Rafael Hüseynov tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illiyi ərəfəsində görülən
işlərdən danışıb,
ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
bu yubileyin keçmiş ittifaq və UNESCO miqyasında qeyd olunmasından söz açıb. Akademik 2017-ci ilin may ayında Parisdə -
UNESCO-nun baş qərargahında
Nəsiminin vəfatının
600 illiyinin qeyd edilməsini də ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirib.
“Nəsiminin dünyası
bu gün bütün Yer kürəsini əhatə
edir”, – deyən alim bildirib ki,
“Nəsimi ili” dahi şairin və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və
araşdırılmasına təkan verdi.
Bu ilin nəticələri
göstərdi ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün
yönləri ilə öyrənməliyik. Rafael
Hüseynov qarşıdakı
illərdə Nəsiminin
anadilli “Divan”ını
nəşr və təhlil etməyin zəruriliyini bildirib.
Akademik Möhsün Nağısoylu,
professor Qəzənfər Paşayev,
filologiya üzrə elmlər doktorları Fəridə Əzizova, Mahirə Quliyeva və digər çıxış edənlər
“Nəsimi ili” çərçivəsində AMEA-da görülən işləri yüksək
dəyərləndiriblər.
Sonda Nəsimiyə həsr
olunan kitabların müəlliflərinə
fəxri fərman və təşəkkürnamələr təqdim
edilib.
Mədəniyyət.- 2020.- 15
yanvar.- S.1;2.