“Azadlıq aşiqləri günü

 

 

Uşaq rəsm müsabiqəsinə yekun vurulacaq

 

Xətai Sənət Mərkəzində növbəti sərgi 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr ediləcək. “Azadlıq aşiqləri günü” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi yanvarın 17-də açılacaq.

Müsabiqə Mədəniyyət Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq 600-ə qədər əsəri ilə virtual qaydada qatılıb. 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub. Qaliblər diplomlarla təltif ediləcək.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.2.