Könüllülük milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir

 

 

 

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tərtər rayon Heydər Əliyev Mərkəzində ölkə başçısının müvafiq sərəncamı ilə 2020-ci ilin “Könüllülər ilielan edilməsi ilə əlaqədar “Könüllülər mədəniyyətinin formalaşdırılması və təbliği” mövzusunda gənclərlə görüş keçirilib. Görüşdə təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan gənclər iştirak ediblər.

Mərkəzin direktoru Səlimə Yusibova çıxış edərək cəmiyyətimizdə könüllülərin rolundan, mövqeyindən danışıb. Bildirib ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq örnəyidir.

Tədbirdə çıxış edənlər gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.3.