“Gənclərə dəstək” layihəsində
ilin ilk konserti
Yanvarın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilin ilk konsert proqramı təqdim olunub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən konserti Orxan Həşimovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.
Konsertdən öncə musiqişünas Sara Murad layihə barədə məlumat verib. Bildirib ki, layihənin məqsədi gənc və istedadlı musiqiçilərə şərait yaratmaqdır. Onlar ölkənin ən aparıcı musiqi kollektivlərində çalışan tanınmış dirijorlarla eyni səhnəni bölüşmək imkanı qazanırlar. Layihə çərçivəsində reallaşan konsertlər müxtəlif mövzulara həsr olunur və tamaşaçılar konsertlərdə həm vokal, kamera instrumental, həm də simfonik və muğam axşamlarının şahidi olurlar.
Sonra konsert proqramı təqdim edilib.
Proqramda Fikrət
Əmirovun xatirəsinə həsr olunmuş
“Rondo”, Dəniz Şərifovanın “Xatirələr”,
Nicat Əhmədzadənin
“Düşüncə”, Lalə Əhmədovanın “Elegiya” və “Skertso”
simfoniyaları səsləndirilib. Solistləri Nəzrin Babayeva (fortepiano), Şeyda Ələsgərova (fleyta),
əməkdar artistlər Əyyub Əliyev və Aleksey Miltıx olan konsert maraqla
qarşılanıb.
Mədəniyyət.- 2020.- 15
yanvar.- S.3.