Kukla teatrındaYeddi nar çubuğu”nun premyerası

 

 

2020-ci ildə yeni tamaşalarla teatrsevərləri sevindirməyə hazırlaşan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilin ilk premyerasını təqdim etdi. Yanvarın 12-də yaradıcı heyətin uzun müddətdir üzərində çalışdığıYeddi nar çubuğutamaşası teatrsevərlərin ixtiyarına verildi.

Azərbaycan Dövlət Kukla Teatrı, “İTALDİZAİN” şirkəti Fransanın Bakıdakı “Cartier zinət evi”nin  dəstəyi ilə ərsəyə gələn nağıl-tamaşanın premyerasında mədəniyyət incəsənət xadimləri, teatrsevərlər mətbuat nümayəndələri iştirak edirdilər.

Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Müəllifin konflikt yaratması, məramı qüvvətləndirən hadisələr keçidini qurması ən əsası, vahid məqsədə - tamaşaçını nağılın mahiyyətindəki birliyə, bərabərliyə səsləyən ideyasını ustalıqla obrazlar mizanlar üzrə bölüşdürməsi tamaşanın ümumi tempini yüksək saxlayır.

Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi tamaşa klassik nağıl üslubuna yeni baxış kimi xarakterizə oluna bilər. Rejissor məişət nağılının ideyasından irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib.Yeddi nar çubuğu”nda kölgə teatrı elementlərindən istifadə edilməklə nağılın rəngarəng  səhnə həlli ərsəyə gətirilib.

Quruluşçu rəssamı Rəvanə Yaqubova olan tamaşada sehrli nağıl təsviri saxlanılmaqla bərabər, çağdaş zamanın texnoloji vasitələrinin fonunda klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olunub. Quruluşçu rəssamın çoxfunksiyalılıq verdiyi səhnə detalları, eləcə işıq effektləri, əlavə konstruksiyaların tətbiqi ilə səhnə içində səhnə yaratması baxımlı idi. Hər biri bütünlükdə rəssam işi olan 3 səhnə geyimi, eləcə istər canlı plan (Nağılçı), həmçinin 10-dan artıq kukla köməkçi obraza verilmiş tərtibat rəssamın incə zövqünə nağıl elementlərinə diqqətinin bariz nümunəsidir.

Mahnı rəqslərlə zəngin tamaşanın bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Bəstəkar əsas etibarilə yurd, torpaq təəssübü, çağırış ruhlu musiqilərlə tamaşanın yüksək tempini ümumi fabulasını qorumağa çalışıb, səhnə əsərinin çoxçalarlı musiqi həllini yaradıb.

Maraqla izlənilən tamaşada  obrazları teatrın aparıcı aktyorlarıəməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova Aygül Ağayeva canlandırırlar.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2020.- 15 yanvar.- S.4.