“Səssizlik fərq deyil,
eynilikdir!”
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Silent Communication” komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın koordinatoru Könül Quliyeva kitabxana əməkdaşlarına və oxuculara “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçiblər.
Layihənin məqsədi eşitmə və danışma məhdudiyyətli uşaqların cəmiyyətə inteqrasiyasına, kitabxanadan istifadə və informasiya əldə etməkdə onlara yardım etməkdir.
Təlimin nəzəri hissəsində jest dilinin yaranma
tarixi haqqında ətraflı məlumat verilib, jest dilində
istifadə olunan bütün
hərflər əyani olaraq göstərilib.
Tədbirin sonunda “Silent
Communication” komandasının əməkdaşları
tədbir iştirakçıları ilə birgə “Səssizlik
fərq deyil, eynilikdir!”
şüarını jest dilində səsləndiriblər.
Mədəniyyət.- 2020.- 15 yanvar.-
S.2.