Azərbaycan-Koreya dostluğuna həsr olunan konsert
Yanvarın 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Koreya Respublikasının Azərbaycandakı
səfirliyinin təşkilatçılığı
ilə iki ölkənin dostluq münasibətlərinə həsr
edilən konsert olub.
Konsertdə Xalq artisti Yalçın Adıgözəlovun
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestri və koreyalı violonçel ifaçısı xanım
Ryo Meehae çıxış
edib.
Orkestrin təqdimatında “Vətən
baharı” simfoniyası
(Koreya əsəri) və Ryo Meehaenin ifasında “Rokoko mövzusunda variasiya” dinləyicilərin zövqünü
oxşayıb.
Konsert ölkələrimiz
arasında mədəni
əlaqələrin inkişafına
2020-ci ilin ilk töhfəsi
olub.
Qeyd edək ki,
Koreyanın tanınmış musiqiçilərindən olan Ryo Meehae
beynəlxalq müsabiqələrdə münsif
kimi iştirak etməklə
yanaşı, Avropada aktiv
musiqi fəaliyyəti ilə də məşğul
olur.
Mədəniyyət.- 2020.- 15 yanvar.-
S.4.