Vətənin qəhrəman övladlarının kino hekayələri

 

 

Sənədli filmlərin nümayişi davam edir

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik kinosu həftəsi” keçirilir. Layihə çərçivəsində Vətən yolunda canlarını fəda edən Azərbaycanın Milli Qəhrəmanlarına, onların döyüş yoluna həsr edilmiş sənədli filmlər göstərilir, yaradıcı heyətlə görüşlər keçirilir.

Başa çatmaqda olan həftə ərzində daha bir tədbir yanvarın 14-də Heydər Əliyev adına Ali Hərbi Məktəbdə gerçəkləşib. Burada rejissor Nizami Abbasın “Salnaməfilm” studiyasında çəkdiyi “Silahdaşlar” sənədli filmi nümayiş olunub. Rejissor kursantlar qarşısında çıxış edərək  kinematoqrafçıların Qanlı Yanvar hadisələri zamanı göstərdikləri şücaətdən bəhs edib.

Yanvarın 14-də Suraxanı rayonu Qaraçuxur qəsəbə Mədəniyyət Mərkəzində Milli Qəhrəman Şahlar Şükürova həsr olunanBir elin Şahları” sənədli filmi göstərilib. Qəsəbə məktəblərinin şagird-müəllim heyətinin iştirak etdiyi tədbiri  mərkəzin direktoru Xavər Ramazanova açıq elan edərək şəhidlərimizin şücaətindən danışıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Şəhla Əmirli çıxış edərək nazirliyin sifarişi və dəstəyi ilə çəkilən, şəhidlərimizin ömürdöyüş yolundan bəhs edən filmlərin insanlarda vətənpərvərlik ruhunun aşılamasında rolunu vurğulayıb. Milli Qəhrəman Şahlar Şükürovun oğlu Sənan Şükürov atası haqqında xatirələrini danışıb. Filmin rejissoru Vəli Səyyadinin çıxışından sonra ekran əsəri nümayiş olunub.

Maştağa qəsəbəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində rejissor Çingiz Həsənovun Milli Qəhrəman Seymur Məmmədov haqqında çəkdiyi “Qartal yuvası” filmi nümayiş etdirilib.

Tədbirdə filmin rejissoru, Milli Qəhrəmanın ailə üzvləri çıxış ediblər. Qəhrəmanın keçdiyi qısa və şərəfli həyat yolu haqqında tamaşaçılara məlumat verilib.

***

Yanvarın 15-də Yasamal rayonu Heydər Əliyev Mərkəzində rejissor Taleh İsmayılovun Azərbaycanın Milli Qəhrəmanı Əli Məmmədova həsr olunmuşTaleyin sorağında” sənədli filmi nümayiş olunub.

Həmin gün Qaradağ rayonu Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində Milli Qəhrəman Ehtiram Əliyev haqqında “777” sənədli filmi göstərilib.

Xəzər rayonu Mərdəkan qəsəbə Mədəniyyət Sarayında Milli Qəhrəman Səfiyar Behbudova həsr olunmuş tədbirdə orta məktəbin müəllim və şagird heyəti, qəhrəmanın döyüş yoldaşları iştirak ediblər.

Yazıçı, publisist Azər Hacıbəyli Səfiyar Behbudova həsr etdiyiQürur dastanı” kitabını tədbir iştirakçılarına təqdim edib. Səfiyar Behbudova həsr olunan “Qəhrəmanlıq zirvəsi” filminin təqdimatından sonra rejissor Kəmalə Musazadə filmin çəkiliş prosesi haqqında tamaşaçılara məlumat verib.

Suraxanı rayonu Bülbülə qəsəbəsindəki  Mədəniyyət evində şəhid ailələri, qəsəbə sakinləri və məktəblilərin iştirakı ilə tədbir təşkil olunub. Mədəniyyət Nazirliyinin əməkdaşı Elşad Əliyev və Buzovna “Cümə məscidi”nin axundu Hacı Soltan Əlizadə çıxış edərək ölkəmizin istiqlalı torpaqlarımızın azadlığı və uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğunu, qəhrəmanlarımızın şərəfli həyat və döyüş yolunun insanlara, xüsusən yeniyetmə və gənclərə yaxından tanıdılmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılov haqqında Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “İki əsgər” sənədli filmi nümayiş olunub.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.1;3.