UNESCO-da
multikulturalizmin Azərbaycan
modelindən danışılıb
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə,
bir o qədər zəngin olur. Çünki onların hər biri dünya mədəniyyətinə və
sivilizasiyasına öz
töhfəsini verir.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin söylədiyi
bu sözləri
UNESCO-nun qərargahında “Cojep İnternational” tərəfindən təşkil
edilmiş “Multikulturalizm
naminə hərəkət
edin! Ədalətli bir
dünya üçün
nəsə et!” adlı konfransda Avropa Azərbaycanlıları
Konqresinin (AAK) prezidenti
Sahil Qasımov səsləndirib.
O, multikulturalizmin Azərbaycan
modelindən söz açaraq Prezident İlham Əliyevin fikrini diqqətə çatdırıb: “Multikulturalizmin
alternativi yoxdur. Bəziləri multikulturalizmin iflasa
uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim
üçün multikulturalizm
dövlət siyasətidir
və bizim həyat tərzimizdir”.
S.Qasımov ölkəmizdə müxtəlif
dinlərə, onların
nümayəndələrinə, dini ənənələrinə
hörmətlə yanaşıldığını,
onların mədəni
irsinin qorunub saxlanıldığını qeyd
edib. Bildirib ki, Ermənistanın
ölkəmizə qarşı
hərbi təcavüzünə
baxmayaraq, Bakının
mərkəzində erməni
kilsəsi qorunub saxlanılır. Lakin
Yerevanda Azərbaycan mədəni və tarixi irs
abidələri məhv
edilib.
“Cojep İnternational”
təşkilatının rəhbərliyi ötən il ölkəmizdə səfərdə olub. Təşkilatın “Multikulturalizm
naminə hərəkət edin!” adlı
layihəsinin builki kampaniyası Asiyaya həsr edilib. Təşkilatın
“Multikulturalizm naminə hərəkət edin! Ədalətli bir dünya üçün
nəsə et!” adlı ilk
konfransı UNESCO-da təşkil olunub. Avropa Parlamentində,
Avropa Şurası, BMT və ATƏT-də
də bu mövzulu
konfransın keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.2.