Sumqayıt teatrında yeni
layihələr
2020-ci ilin ilk aylarında Sumqayıt Dövlət Dram Teatrında bir neçə yeni layihə reallaşacaq. Teatrda ilk dəfə Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyası yeni quruluşda tamaşaçılara təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi rəhbəri Telman Qəniyevdir.
Teatrın direktoru, Əməkdar
artist Mübariz Həmidov
yeni yaradıcı gəncləri cəlb
etməklə beynəlxalq teatr
festivalları standartlarına uyğun bir neçə monotamaşanın
hazırlanmasının nəzərdə tutulduğunu
da bildirib. Artıq
Ülviyyə Heydərovanın yeni monopyesi əsasında gənc rejissor
Ümid Abbasla gənc
aktyor Kamran
Muradlının yaradıcılıq layihəsinə start verilib. Yazarın
“Uşaqlıq” adlı digər bir
monopyesinə Xalq artisti
Firudin Məhərrəmov quruluş
verəcək. Tamaşada gənc aktrisa İlahə Səfərova iştirak edəcək. Hər iki
monotamaşanın səhnə tərtibatçısı
teatrın baş rəssamı Elşən
Sərxanoğludur. Yeni layihələr fevral ayında sumqayıtlı teatrsevərlərə
təqdim olunacaq.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.3.