Rus baletinin ulduzları “Qu gölü”ndə
Fevralın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların hər
zaman böyük maraqla qarşıladıqları
Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.
Teatrın rəhbərliyi bu
tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları
– Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası,
beynəlxalq müsabiqələr
laureatı Kristina Kretova
(Odetta-Odilliya) və
Sankt-Peterburqun Mariinsk Teatrının aparıcı
solisti, Əməkdar
artist, həmyerlimiz Timur
Əsgərovu (Şahzadə
Ziqfrid) dəvət edib.
Tamaşada həmçinin Akademik
Opera və Balet Teatrı balet truppasının aparıcı
solistləri – Xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova,
Cəmilə Kərimova,
solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və b. çıxış edəcəklər.
Tamaşanı teatrın baş
dirijoru, Əməkdar artist
Əyyub Quliyev idarə edəcək.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.3.