Bədii qiraət müsabiqəsi
Sumqayıtdakı Gənclər evində “Gənci-nihan mənəm” layihəsi çərçivəsində bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə Gənclər Fondunun, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil olunub.
Layihə rəhbəri, gənc şair
Əliyar Rəfiyev müsabiqə barədə məlumat verib. Yazıçılar Birliyinin
üzvü, şairə Lilpar
Cəmşidqızı və şair-qəzəlxan Mahir Məmmədov müsabiqə
iştirakçılarına uğurlar
arzulayıblar. Sonda qaliblərə hədiyyələr,
iştirakçılara sertifikatlar təqdim
edilib.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.4.