Uşaq musiqi məktəblərinin uğuru

 

 

Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən “Ümid” beynəlxalq incəsənət müsabiqəsində Bakı məktəbləri uğurla iştirak ediblər.

Türkiyə, Gürcüstan, Rusiyadan iştirakçıların da qoşulduğu yarışmada Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin

L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi məktəbinin müəllimi Gülnarə Seyidovanın şagirdləri müxtəlif nominasiyalar üzrə (solo, trio, kvartet, ansambl) mükafatlara layiq görülüblər.

R.Behbudov adına 2 nömrəli 11 illik Musiqi məktəbinin şagirdləri “Ümid” yarışmasında uğurla çıxış edərək müxtəlif alətlərdə ifaçılıq üzrə 1, 2, 3-cü yerləri qazanıblar.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Musiqi məktəbinin şagirdləri də “Ümid” müsabiqəsində nailiyyət əldə ediblər.

Məktəbin xor kollektivivokal üzrə solistləri birinci yerə layiq görülüb. Həmçinin tar ixtisası və skripka ixtisası üzrə birincilik əldə olunub.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.3.