Uşaqların sevimli kitab ünvanı

 

 

 

Bir kitabxananın tarixi” rubrikasında zəngin keçmişə və maraqlı ənənələrə malik kitabxanalarımız haqqında oxucuları məlumatlandırmaqda davam edirik. Budəfəki yazıda bu il 55 yaşı tamam olan Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının tarixinə və fəaliyyətinə nəzər salacağıq.

Respublika Uşaq Kitabxanası 1965-ci il yanvarın 1-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə M.Qorki adına Kütləvi Kitabxana fondunun bazası əsasında yaradılıb. 12 sentyabr 1967-ci ildən kitabxana uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan, Azərbaycan ədəbi dilinin saflığı uğrunda daim mübarizə aparmış ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərlinin adını daşıyır.

Kitabxana fəaliyyətə başladığı vaxt Bakı şəhəri, S.Vurğun küçəsi 104 ünvanında beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşirdi. 2010-cu ildə kitabxana S.Vurğun 88 ünvanında daha rahatgeniş şəraitdə, müasir avadanlıqlarla təchiz olunaraq öz qapılarını uşaqların üzünə açıb.

Kitabxana yarandığı vaxt fondunda cəmi 43 000 nüsxə ədəbiyyat var idi ki, onun da 27 337 nüsxəsini uşaq ədəbiyyatı təşkil edirdi. Hazırda kitabxananın 300 min nüsxədən çox kitab fondu, 30 minə yaxın oxucusu, 25 mindən çox virtual oxucusu var. Bilik ocağının fondu Mədəniyyət Nazirliyi, Kitabxana Kollektorubir sıra nəşriyyatlar tərəfindən verilən kitablar hesabına zənginləşir. 9 şöbəsi, 5 bölməsi, 2 oxu zalı olan kitabxananın paytaxtın Yasamal, Binəqədi və Suraxanı rayonlarında 3 filialı fəaliyyət göstərir.

 

Mədəniyyət.- 2020.- 17 yanvar.- S.6.