Heydər Əliyev Sarayında caz gecəsi
Yanvarın 14-də Heydər Əliyev Sarayında “Just Jazz” adlı caz gecəsi keçirilib.
Gecədə beynəlxalq festivalların iştirakçısı, Əməkdar artist, tarzən Şəhriyar İmanov, Əməkdar artist Vüsal İsgəndərzadənin (tarzən) rəhbərliyi ilə “Shur Trio”, “Coffee Band”, “The Passion Band” qrupları, eyni zamanda Nicat Aslanov, Tural Rafael, Nərmin Məmmədli, Aytən Orucəliyeva, Suada Hacızadə, Ləman Abbaszadə çıxış ediblər.
Konsertdə yerli caz kompozisiyaları və məşhur əsərlər
səsləndirilib.
Mədəniyyət.- 2020.- 17
yanvar.- S.8.