Səfəvilər dövründə hürufilik və nöqtəvilik

 

 

 

Açar sözlər: Səfəvilər, hürufilik, nöqtəvilik, təriqət, şeir

 

                                                                                     Giriş

 

 

Səfəvilər dövlətinin tarix səhnəsinə çıxması ilə yalnız ictimai-siyasi aləmdə deyil, fəlsəfi, dini ədəbi fikir sahəsində bir sıra mühüm yenilik dəyişikliklərin əsası qoyuldu. Səfəvilərin 235 illik tarixi boyunca baş verən çoxşaxəli proseslər barəsində tədqiqat əsərlərində dönə-dönə bəhs edilsə , bu dövlətlə əlaqəli bəzi təriqətlərin fəaliyyətinin xarakterinin araşdırılmasında boş- luqlar görünür. Təfərrüatlı təhlilinə ehtiyac duyulan belə problemlərdən biri Səfəvilər dövründə batini yönümlü təriqətlərin siyasi iqtidarla münasibəti, fəaliyyət şəkilləri, nüfuz çevrələri s. ilə bağlıdır. Səfəvilərin həm siyasi, həm fəlsəfi, həm ədəbi-fikri tarixi ilə əlaqəli olan bu məsələnin sistemli geniş təhlili isə bir sıra qaranlıq cəhətlərə aydınlıq gətirə bilər. Amma təəssüf ki, bir sıra araşdırmalarda bu problemlə bağlı ənənəviləşmiş təhrif natamam qənaətlərin təkrarı ilə kifayətlənilmiş, bir sıra əhəmiyyətli məsələlərə diqqət yetirilməmişdir. Məlum olduğu kimi, Səfəvi hakimiyyətinin bərqərar olması möhkəmlənməsində batini-şiə yönümlü təriqətlərin mühüm rolu olmuşdur.1 Bu məsələ bir sıra tədqiqatçıların diqqətini çəksə , Səfəvi hökmdarlarının bu batini hərəkatlardan olan hürufilik nöqtəviliklə əlaqələrinin arxa planı, bu münasibətlərin siyasi xarakteri dəyişkənliyi müqayisəli, sistemli təfsilatlı araşdırılmamışdır. 1. Səfəvi dövlətinin ilk dövrü hürufilik 1.1. Xətai hürufilər: qarşılıqlı tərənnümlər Səfəvi xanədanının hürufiliklə əlaqəsinin başlanğıc tarixi , bu münasibətlərin sonu da - lalənin ilk hökmdar təmsilçisi Şah İsmayıl Səfəvinin adı ilə bağlıdır. Təkcə şah şeyx deyil, həm şair olaraq tanınan Şah İsmayıl hürufilik ideyalarını, eləcə bu təlimin Fəzlullah Nəsimi kimi iki tanınmış şəxsiyyətinin adını açıq bir şəkildə dilə gətirmişdir2 . Nəsimiyə yazdığı çoxsaylı nəzirələrdən biri olan "İdim" rədifli qəzəlində Xətai sələfini "Hüseyni" deyə yad edir: Gah Hüseynilən belə pustimi soydi qazılar, Gah o Mənsur donuna girdim,"ənəlhəq" dar idim. (5, s. 256) "Şair sələfini niyə onun daha çox istifadə etdiyi "adlaşmış" təxəllüsü "Nəsimi" ilə deyil, azsaylı şeirində rast gəlinən "Hüseyni" ilə yad edir?" sualının cavabı çox sadədir. Bu, Həllac Mənsur Nəsimini "ənəlhəq" kimi birləşdirən ikinci bir həlqədir: Hüseyn Həllac Mənsurun adı, Nəsiminin isə təxəllüsüdür. Assosiasiya yaradan bu beyt həm Xətaiyə Nəsiminin "Hüseyni" təxəllüsünün məlum olmasını üzə çıxarır. Nəsimiyə yazdığı başqa bir nəzirənin məqtə beytində Xətai deyir: Lövhi-məhfuzin Xətai əbcədin qıldı bəyan, Div deyilsən, xatəmin xətmində Fəzlullahı3 gör. (5, s. 90) Xətai Nəsimi kimi "fəzl" sözünü bəzən elə ifadələrin əhatəsində verir ki, həmin ifadə ümumi anlamı ilə yanaşı, Fəzlullahı da təsəvvürə gətirir. Əvvəlindən sonunadək hürufilik ruhunda olan qəzəlin məqtə beytində deyilir: Ey Xətai, çəkmə qəm, gər hicrilə bimarsən, Çün sənə ol xaliqin fəzli həkim olmuşdurur. (5, s. 113)

Şah İsmayıl da Nəsimidən sonra türkcə yazıb-yaradan bir çox şairlər kimi hürufiliyin tədriclə ənə- nəviləşən anlayışlarından istifadə edir şübhəsiz ki, bu ənənənin yaranmasında Nəsimi sözünün güclü təsiri vardır. Xətai şeirində yer alan "surəti-rəhman", "ayəti-Quran", "eydi-əkbər" "üz" əlaqəsi, "camalın səfhəsi", "dəftəri-hüsn", "yüzün səfhi" kimi məcazlar Nəsiminin türkcə şeirdə yaratdığı ənənədən qaynaqlanır. Şair üzü Nəsimi kimi "müshəf" "hüsn kitabı" adlandırır. Xətainin "üz"-"zülf"-"xətt"-"dəftər" kimi fikri keçidləri Nəsimi ənənələri istiqamətində xəyali axtarışların məhsuludur. Nəticə etibarilə Xətai şeirində insanın üz cizgilərinin Quran surə ayələrinə bənzədilməsi sələfinin ədəbi-fəlsəfi fikrinin inkişafı xarakterlidir. Xələfin "Ey dost" rədifli şeiri tamamilə Nəsimi sözünün yeni cilvədə təzahürüdür dil-üslub, obrazlar aləmi, poetik-hürufiyanə ifadələr s. baxımından sələfin düşüncə dünyasına yaxından bağlılığı ilə diqqəti cəlb edir. Bəzi örnəklərə nəzər salaq: Dəftəri-hüsnində şol hərfi-xətti-xalın sənin Sətri-"Bismillahir-rəhmanir-rəhim" olmuşdurur.(5, s. 113) Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz, Ayəti-"Taha"vü "Yasin" surəti-didariniz. (5, s. 192) Sonuncu mətlə ilə başlayan qəzəl başdan-başa Qurandan əxz olunmuş iqtibaslara əsaslanan bənzətmələr üzərində qurulmuşdur. İ.Hikmət Xətainin: Şəriət yolunu Məhəmməd açdı, Təriqət gülünü Şah Əli seçdi, Şu dünyadan neçə yüz min ər keçdi, Onlar ittifaqda, Mehdi yoldadır. ...Şah Xətaiyim eydür: Sirrun duyurma, Edə gör niyazı, qəzaya qoma, Yalançı dünyaya heç "sağam" demə, Məhəmməd Fəzlullah4 şimdi yoldadur, - kimi bəndlərinin təhlilində yazır ki, bu, "Şah Əlini Məhəmməd Fəzlullah şəklində bir Mehdi olaraq göstərən hürufi-məzhəb bir şairin yazısıdır. Bu, həqiqətləri, yəni Əlini , Fəzlullahı da Allah ədd etmək həqiqətlərini bir sirr olaraq saxlamaq lazım gəldiyini anlayan dünyanın

yalançı olduğunu söyləyən təlqinatçı, təlimatçı bir xalq sufisidir" (21, II, s. 22). Daha sonra tədqiqatçı Xətainin digər bir şeirini təhlil edərkən: "Bütün cahanın bir "kəlami-məlfuz" olduğuna inanmaq hürufilərin qənaətinə iştirak etməkdən başqa bir şey sayıla bilərmi?" (21, s. 29) deyə onun etiqadı barəsindəki mülahizəsini dilə gətirir. Beləliklə, İ.Hikmətin haqlı olaraq qeyd etdiyi kimi, Xətainin bir sıra şeirləri mahiyyəti təsirlənmə səviyyəsi baxımından hürufilik düşüncəsinin ifadəsi xarakterlidir.5 Başqa sözlə, hürufilik Şah İsmayılın təkcə yaxın çevrəsində deyil, Qaraqoyunlu Cahanşahda olduğu kimi, onun təfəkküründə özünə möhkəm yer almışdı. Təəssüf ki, orta çağ qaynaqları ədəbi-fikri düşüncəsində hürufilik meylləri qabarıq görülən Xətainin bu təriqətin nümayəndələri ilə münasibətini izləmək bu əlaqələrin xarakterini müəyyənləşdirmək üçün çox az fakt verir. Bununla belə, təzkirələrə səpələnmiş məlumatlardan onun hürufi şairlərin məmduhu olması6 , Çaldıran döyüşündə bəzi hürufi şairlərin (Süruri, Nəbati...) iştirakı, bəzilərinin (Tüfeyli. Həbibi7 ...) isə onu tərk edərək, Osmanlı hakimiyyətini seçməsi - naəti hasil olur. Bu barədə irəlidə daha təfərrüatlı bəhs edəcəyik Yuxarıdakı örnəklərdən göründüyü kimi, Şah İsmayıl hürufi şeyxləri Fəzlullah Nəsiminin adlarını məhəbbətlə şeirinə gətirirdi. Qeyd etməliyik ki, Xətai digər sufi şəhidlərə, o cümlədən Həllac Mənsura da heyranlığını gizləmirdi. Bundan başqa, o, bəzi təriqətlərin nümayəndələrinə ümumi şəkildə rəğbətini ifadə edirdi. Bu cərəyanlardan biri hürufiliyin XVI əsrdə içərisində əridiyi təriqətlərdən olan qələndərilik idi. Xətainin "Qələndər" rədifli şeirində (5, s. 160) bu təriqətin nümayəndəsi şiəlik görüşləri kontekstində təqdim tərənnüm olunur. Tanınmış tədqiqatçı Ahmet Yaşar Ocak bu şeir əsasında onun şiəliyin təbliğində qələndəri zümrələrini "ana hədəflərindən birinə" çevirdiyi qənaətinə gəlir (33, s. 140). Həqiqətən , Xətainin digər şeirlə- rində onun taxt-taca yiyələnməsində aparıcı qüvvə olan hakimiyyətinin ilk dövrlərində dayaqlarına çevrilən bu batini çevrələrin təmsilçiləri - abdallar qələndərilər ümumi şəkildə xatırlanır tərənnüm olunur. Bu cəhəti xüsusilə qeyd etməliyik ki, qələndərilər "abdalaniRum", "Rum abdalları" kimi adlandırılmışlar (33, s. 70). Maraqlıdır ki, Xətai şeirlərindən birində: Mənəm əbdal Xətai Heydər oğlu, Mənüm yolumda qovğalar gərəkdür, (4, s. 51) - deyərək, "abdal"ı həm fərqli cisimdə yeni təcəssüm, həm təriqət nümayəndəsi kimi iki mənada istifadə edir.

Hökmdar şairin bu batini zümrələrin təmsilçiləri (qələndərilər, abdallar, hürufilər...) haqqında rəğbətlə söz açması təsadüfi deyildi və həmin poetik örnəklər dövrün tarixi-siyasi hadisələrinin əks-sədasıdır. Belə ki, bu təriqətlərin təmsilçiləri, artıq xatırlatdığımız kimi, onun dövlətinin qurulmasında iştirak etmişdilər, həm də ilk dövrlərdə Səfəvi ideologiyasının dayaqlarından idilər. Şah İsmayılın hakimiyyətə gəlməsində rolu olan batini zümrələrdən birinin də hürufilər olması qəna- ətindəyik. Doğrudur, araşdırmalarda, ümumi şəkildə olsa da, hürufiliyin qızılbaşlıq və nöqtəvilik içərisində əriyərək Səfəvilər dövründə xalq kütlələrinin ideologiyasına təsir etdiyi yazılır. (bax: 40, s. 149) Amma zənnimizcə, Şah İsmayılın dövründə hürufilik iki biçimdə: hürufilik olaraq bilinən ayrıca bir təriqət şəklində və digər fikri cərəyanların - qızılbaşlıq və qələndəriliyin görüşləri ilə sintez biçimində mövcud idi. Bu ehtimalımızı irəli sürərkən onun sarayına yaxın olan bəzi şairlərin təzkirələrdə konkret olaraq hürufi kimi təqdim olunmasından çıxış edirik. Eləcə də Şah İsmayılın öz şeirlərində Fəzlullah və Nəsiminin şəxsiyyətinə rəğbətinin poetik ifadələri, təzkirələrdə Çaldıran döyüşünədək onun sarayında və yaxın çevrəsində olan hürufi şairlərdən bəhs edilməsi bu Səfəvi hökmdarının həmin zümrənin təmsilçiləri ilə yaxın münasibəti olmasını təsdiqləyir. Bu mənada Şah İsmayılın hakimiyyətə gəlişinə silahlı yardım edən batini zümrələr içərisində hürufilərin də olması mümkün görünməkdədir. Belə ki, Fəzlullahın sağlığından etibarən hürufilər bir sıra siyasi iqtidar sahibinə müraciət etmiş, bəzən onların himayəsinə nail olmuşdular. Eləcə də Fəzlullahın edamından sonra onun qisasını almaq istəyən hürufilərin bəzənsilahlı qarşıdurmalarda iştirakı məlumdur (16, s. 429-441).

Səadət Şıxıyeva

 

Olaylar.- 2020.- 18-22 yanvar.- S.1.5